QUTİ "BEŞİKTAŞ"I BİR-BİRİNƏ QATDI
Paylaş:
Etdiyi transferlərlə Türkiyədə səs-küy yaradan "Beşiktaş"da hər kəs bir-birinə dəyib. Buna səbəb İspaniya mətbuatında yayılan xəbərdi. Məlumata görə, İstanbul klubunun ispaniyalı futbolçusu Quti Hernandes mövsümün sonunda La Liqaya dönür. "Qara qartal"la 2012-ci ilə qədər müqaviləsi olan 34 yaşlı yarımmüdafiəçi artıq "Malaqa" və "Zaraqoza"nın maraq dairəsinə düşüb. Hər iki klubun da təcrübəli oyunçuyla ciddi şəkildə maraqlandığı bildirilir. Mövsümün əvvəlində Madrid "Real"ından "Beşiktaş"a transfer olunan Quti Hernandes dəfələrcə İstanbulda olmaqdan məmnun olduğunu bildirsə də, ispanların təklifinə nə cavab verəcəyi maraqla gözlənilir.
| Paylaş: