')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" AZƏRBAYCANIN ƏN YAXŞI KOMANDASIDI" (MÜSAHİBƏ)

"XƏZƏR LƏNKƏRAN" AZƏRBAYCANIN ƏN YAXŞI KOMANDASIDI" (MÜSAHİBƏ)


oxunma sayı: 606 Paylaş:

Anar Qasımov: "...ən böyük arzum milli komandada oynamaqdı"

Gənc istedadlı futbolçulardan olan Anar Qasımovun qış fasiləsində "Xəzər Lənkəran"a transfer olunduğu haqda xəbər çıxdı. Elə bir neçə gün sonra məlum oldu ki, "Muğan" Qasımovla ondan əvvəl müqavilə bağlayıbmış və bu artıq notariat qaydada təsdiq olunub. Bu anlaşmazlığı araşdırdıq və məlum oldu ki, futbolçu Lənkəran klubundan gələn cəlbedici təklifə "yox" deyə bilməyib. MOİK-dən aldığı transfer vərəqəsiylə əvvəlcə "Muğan", daha sonra Lənkəran klubuyla müqavilə bağlayan Qasımovun səhvi bağışlanmadı. Elə Antalya toplanışına da "Xəzər Lənkəran"la yollanan Qasımov bir neçə gündən sonra geri qayıtdı. Səbəb isə məlum idi: "Muğan"ın vitse-prezidenti Bəhruz Şirəliyev saytımıza açıqlamasında futbolçunu başqa komandaya buraxmayacaqlarını demişdi və belə də oldu. Anar hazırda "Muğan"dadı. Onun yeni komandada özünü necə hiss etdiyini bə başqa şeyləri soruşduq.

- Antalya toplanışında 3 gün qaldıqdan sonra geri döndün. Mirça Rednik bəyənmədi, yoxsa?
- Rednik bəyəndi, ancaq "Muğan"la müqavilə notariusda daha tez təsdiqləndiyi üçün mən qanunla bu komandaya gəlməliydim. Buna görə də tələb elədilər, gəldim.

- "FutbolPress"ə müsahibəndə demişdin ki, "Xəzər Lənkəran"da oynamaq istəyirsən. Ancaq nəticədə "Muğan" səni buraxmadı...
- Burda da pis deyil. Yəni olmasın daha şöhrətli komanda, olsun hər oyunda oynaya biləcəyim bir komanda.

- Baş məşqçiylə söhbətin olubmu?
- Bəli. Oynumu bəyənir. Dizimdə zədə var. Sağalandan sonra əsas heyətdə oynayacağımı deyib.

- Fikrin Lənkəran komandasında qalmayıb ki?
- Açığı, istəyərdim orda oynayım. Ancaq bura da pis deyil. "Muğan" əla klubdu. Rəhbərlik sağ olsun, hörmətimi saxlayır. Ancaq orda daha çox pul təklif eləyirdilər, ona görə belə demişdim. Mən yenə o fikirdəyəm ki, "Xəzər Lənkəran" Azərbaycanın ən yaxşı komandasıdı.

- Ancaq demişdin ki, Lənkəran komandasında oynamağıva mane olsalar başqa yerdə ürəklə oynaya bilməzsən...
- Vallah, mane olmaq deyəndə, yəni hər şey qanundan asılıdı da. "Muğan" müqaviləni daha tez təsdiq elətdirmişdi. Yenə deyirəm, oldu keçdi. Burda həqiqətən, hər şey ürəyimcədi. Əla kollektiv var. Yerli oyunçular çoxdu. Komanda çox yaxşı oynayır. Yəni futbol oynamaq üçün hər şərait var. Əlbəttə ki gələcəyi düşünmək lazımdı. Yaxın vaxtlarda "Xəzər Lənkəran"a keçəcəyimə arxayınam. Bunu oyunumla sübut edəcəm. Yaşım azdı. Gərək yaxşı oynayım ki, milli komandaya çağırsınlar məni, daha güclü klublar istəsin.

- Xarici klublardan təklif gəlmişdi. Nə oldu?
- Təkliflər var idi, ancaq açığı deyim ki, həmin komandalar səviyyəcə heç "Muğan"dan üstün deyildilər. Həm də pul məsələsi məni razı salmadı. Elə burda hər şey yaxşıdı. Gələcəkdə olar, daha səviyyəli bir komandaya keçərəm.

- Milli komandanın seleksiyaçıları heç maraqlanıbmı səninlə?

- Yox. Belə bir şey olmayıb. Ancaq bir şey də var; gərək əsl oynumu göstərim ki, məni izləsinlər də. Axırıncı komandam MOİK olub. Zəif komandadı, ora maraq da azdı. Bəlkə buna görədi fikir verməyiblər, ya nədisə, bilmirəm. Əsas odu ki, ən böyük arzum milli komandada oynamaqdı.

Asəf ZEYNALOV // "FutbolPress"


oxunma sayı: 606 | Paylaş:




?>