')

Bu gün:


FutbolPress.Az | XƏZƏR LƏNKƏRAN 5/5-ə

XƏZƏR LƏNKƏRAN 5/5-ə


oxunma sayı: 589 Paylaş:

FutbolPress: Premyer Liqa IX turunda "Qarabağ" - "Xəzər Lənkəran" matçı bu klublar arsında 6-cı duel olacaq. Maraqlıdır ki, "ağ-yaşıllar" oktyabrın son çempionat oyunlarında hər zaman rəqiblə "sülh" bağlayırlar.

2004-cü ildən "Xəzər Lənkəran"ın tarixində beş oktyabr olub. Təsadüfdənmi, zərurətdənmi Cənub klubu 10-cu ayın bütün son oyunlarında keçirdiyi qarşılaşmalarında heç-heçə qeydə alınıb. Və maraqlıdı ki, bu oyunlardan 4-ü, səfərdə keçirilənlərin isə hamısı qolsuz bərabərliklə nəticələnib.

"Qarabağ"la oyun hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edir. Statistika heç-heçə vəd edir. Görəsən, komandalar necə düşünür: heç-heçə məqbul nəticə sayılacaqmı?

"Xəzər Lənkəran": oktyabrda keçirilən son çempionat oyunları
30.10.2004 MKT-Araz (səfərdə) 0:0
29.10.2005 MOİK (s) 0:0
28.10.2006 İnter (evdə) 0:0
28.10.2007 Standard (e) 2:2
26.10.2008 Bakı (s) 0:0
CƏMİ: 5 oyun, 5 heç-heçə

 

 


oxunma sayı: 589 | Paylaş:




?>