SAFİNANI HƏMYERLİSİ ƏVƏZLƏDİ
Paylaş:
Qadın Tennisçilər Assosiasiyasının (WTA) Qətərin paytaxtı Dohada keçirilən yekun turnirində rusiyalı Dinara Safinanın yerini həmyerlisi Vera Zvonaryova tutacaq. Hazırda WTA reytinqində 1-ci yeri tutan Safina serbiyalı Yelena Yankoviçlə qarşılaşmanın 12-ci dəqiqəsində çiynindəki ağrılar üzündən mübarizədən çəkilib. Turnirdə ilk görüşündə zədə aldığı üçün onun əvəzlənməsinə qərar verilib. Ötənilki yekun turnirində finaladək irəliləyən dünyanın 9-cu raketkası Vera Zvonaryova bu dəfə Dohaya ehtiyat oyunçu kimi gəlib. Buna görə də Safinanın Zvonaryova ilə dəyişdirilməsi problem yaratmayıb. Vera "Ağ qrup"da çıxış edəcək. Bu qrupda Karolin Voznyatski (Danimarka), Viktoriya Azarenko (Belarus) və Yelena Yankoviç (Serbiya) də yer alıb. Turnirin mükafat fondu 4,5 milyon dollar təşkil edir. Mənbə: Lent.az
| Paylaş: