')

Bu gün:


FutbolPress.Az | "UniBank"ın KİV-dən tələbi absurddu

"UniBank"ın KİV-dən tələbi absurddu


oxunma sayı: 886 Paylaş:

FutbolpPress: Bir neçə idman KİV-i vaxtaşırı PFL-in sponsor axtarışı cəhdlərinin boşa çıxdığını və buna görə qurumun rəhbəri Ramin Musayevin problemi ictimailəşdirmək istəyinə imkan açmışdı. Nəhayət, sentyabrın 24-də xəbər yayıldı ki, "UniBank" ASC federasiyayla bu barədə razılığa gəlib və 3 il müddətinə ölkə çempionatına sponsorluq edəcəyini rəsmiləşdirib.

Elə həmin gün Musayev KİV-ə "çox sağ olun"u unutmadı, müqavilə imzalanan mərasimdə bankın nümayəndəsi, "Bundan sonra KİV-dən Premyer Liqa adlanan çempionatın "UniBank Premyer Liqası" kimi qeyd etməyi tələb edirik" deyərkən, Musayev də ona dəstək verdi.

Bir müddət bir qism KİV tələbə əməl etdi, amma ovaxtadək ki, bank "Fənərbağça" - "Qalatasaray" derbisini canlı izləmək üçün təxminən, 10 nəfər jurnalistin səfərini təşkil etdi... Mərəkə bundan sonra başladı. Bu məqamda "Futbol+" qəzeti həmin səfərə redaksiya heyətindən heç birinin aparılmamasını özlərinə qarşı saymazlıq kimi qəbul edərək, banka qarşı "veto" qoyduğunu bildirdi və bu məslədə idman KİV-dən dəstək istədi. Bu çağırışa fanat.az agentliyi qoşuldu. Daha sonra ultrasport.az saytı bir qədər fərqli motivdə amma eyni mahiyyətdə adıhallanan banka etirazını belə ifadə etdi: "UniBanksız Premyer Liqa".
Ancaq bu prosesi başlayan KİV-lərə qarşı reaksiya birmənalı olmadı. Əksər hallarda banka "veto" qoyan mətbu orqanların bu mövqedə yalnış olduğu iddia edilir.


Deməli, bəhs olunan problemin mahiyyəti bundan ibarətdi: "UniBank" Türkiyəyə səfər planında bəzi tirajlı və populyar idman KİV-ə biganə yanaşdığı üçün buna cavab olaraq bankın adının çempionatın adıyla yanaşı çəkilməyindən imtina olunur. Amma bu nə qədər qanuna uyğun gəlir, hələ dəqiqləşdirilməyib. Məsələylə bağlı tanınmış iqtisadçı Qubad İbadoğlunun saytımıza açıqlaması belə oldu: "Əgər sənəddə Peşəkar Futbol Liqasının təsisi olan Premyer Liqanın adıyla yanaşı həmin bankın adı qeyd olunmayıbsa, deməli, KİV-dən bunu tələb etmək düzgün deyil. Ümumiyyətlə, bu prosesin bir neçə istiqaməti var. Dünyanın müxtəlif ölkələrində kommersiya müqavilələri tam fərqli şəkildə olur. Amma əgər bu məsələdə problem yaranıbsa, anlaşılmazlığa məsul olan qurum açıqlama gətirməlidi, meyarlar açıqlanmalıdı".


Q. İbadoğlu onu da bildirdi ki, heç bir kommersiya müqviləsində tərəflər arasındakı şərtlərin hansısa detalının KİV-dən israr edilməsi halına rast gəlməyib: "KİV "UniBank Premyer Liqası" yazmağa məcbur deyil. İstəsə həmin bankın adını qeyd edər, istəməz, etməz. Buna görə sizə heç kim heç nə deyə bilməz. Əgər bu barədə yeni qanunlar çıxıbsa, yeni müddəalar varsa, bunu bilmirəm".


Beləliklə, məsələnin hüquqi tərəfinə qismən aydınlıq gəldi. Ancaq KİV- "UniBank"-PFL üçlüyü arasında yaranan anlaşılmazlığa tam aydınlıq gəlməsi üçün qarşı tərəf müqavilənin şərtləri və PFL-in nizamnaməsində bu barədə qeydlə mətbuatı tanış etməli və bəzi xırda detalla aydınlıq gətirməlidi.

 


oxunma sayı: 886 | Paylaş:




?>