İsmayıl bəy Qutqaşınlını xatırlamaq (YAZI)
Paylaş:
Belə götürəndə kiçik məsələdi. Elə də böyütməyə ehtiyac yoxdu. Ancaq təkrar olunanda, başqaları tərəfindən də o cür əxz olunanda artıq böyüyür.
Bir klub saytında xəbər çıxır ki, filan vaxt oyunumuz var, rəqib də feşmandır. Eyni qaynaqlardan maliyyələşən qardaş idman saytı da belə yazır. Nəzərə alsaq ki, həmin sayt ölkənin ən böyük media holdinqinə aiddir, digər media orqanları da ona baxıb düzlənir - beləcə bir səhv həndəsi silsilə ilə artır, yayılır.
Məsələ nədi? Bu xəbərdə yas gününə təsadüf edən hazırlıq oyunundakı rəqibin hansı şəhərdən olduğunu yazmışıq. Yazıdakı keçidə vursaz klub haqda qısa məlumat əldə edəcəksiz. Bunu başqa saytlarda çıxan xəbərlərlə müqayisə edin. Şəhərin adı Semipalatinsk kimi verilir. "Qəbələ"nin saytında da belə verilib.
Belə görünür ki, heç kəsdə araşdırmağa maraq yoxdu - jurnalistlərdə belə. Hazıra nazir olmağı çoxuna bağışlamaq olar - amma jurnalistlərə yox.
Düzü budu ki, "Spartak" klubu Semey şəhərinindi. Şəhərin adı 2007-də dəyişdirilib. Vaxt vardı Semipalatinsk idi. Ancaq artıq 7 ildi ki, Semeydi. Necə ki, Qəbələ əvvəl Qutqaşen idi, bu da elə. Əslində bu ada qarşı heç bir antipatiyamız yoxdu - bu şərtlə ki, Qəbələyə Qutqaşen deyək - hər dəfə adı çəkiləndə bəlkə 5-10 nəfər İsmayıl bəy Qutqaşınlı xatırlayar, siz də savab işləmiş olarsız; "Qəbələ"yə də "Qutqaşen" - bunu da məntiq tələb edir.
"FutbolPress"
| Paylaş: