ADAMS HƏR ŞEYİ FUTBOLÇULARIN BOYNUNA ATDI
Paylaş:
"Komandada yüksək psixoloji durum hökm sürür. Hamı üzərinə düşən məsuliyyəti dərk edir. Futbolçularım səylə çalışırlar". Bu sözləri "Qəbələ"nin baş məşqçisi Toni Adams deyib. İngilis mütəxəssis yeni transferlərlə bağlı da fikirlərini bildirib: "Yeni transferlərin kollektivə qatılması heyətdəki rəqabəti artırıb. Onlar da artıq komandaya uyğunlaşıb. O ki qaldı onların növbəti matçda oynayıb-oynamayacağına bunu futbolçuların özləri müəyyənləşdirəcəklər". Adams yeni transferlərdən qarşıdakı oyunda istifadə edib-etməyəcəyilə bağlı suala belə cavab verib: "Con Kollins hələ fiziki olaraq tam hazır deyil. Amma onun qarşıda iki günü var. Özünü yaxşı tərəfdən göstərə bilsə ona şans verə bilərəm. Əl Banqura psixoloji və fiziki baxımdan hazırlıqlı görünür. Böyük ehtimalla növbəti 3 qarşılaşmada ondan yararlanacağıq. Nuran Qurbanov "Qəbələ"nin gələcəyinə hesablanmış transferdi. İstedadlı futbolçudu, amma təcrübəsi az olduğuna görə onun xidmətindən məhdud istifadə edəcəyəm. Murad Hüseynovun durumunu isə yığma komandanın düşərgəsindən hansı vəziyyətdə dönməsinə görə dəyərləndirəcəyik".
| Paylaş: