')

Bu gün:


FutbolPress.Az | AZAL YENİ FUTBOLÇULARI "AİRPORT"A ÇIXARACAQ

AZAL YENİ FUTBOLÇULARI "AİRPORT"A ÇIXARACAQ


oxunma sayı: 203 Paylaş:

AZAL qış transfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır. Klub rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib.

Fevralın 10-da saat 19.30-da "Airport" oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq. Həmin gün belaruslu Gennadi Blizniuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mənsur Limani, latviyalı Ritus Krjauklis və Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq. Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.


oxunma sayı: 203 | Paylaş:




?>