KAMRAN AĞAYEVİN 1191 GÜNLÜK SERİYASI QIRILACAQMI?
Paylaş:
"Xəzər Lənkəran" 2011-ci ildə ilk rəsmi oyununu "Neftçi"yə qarşı keçirəcək. Bu matç komandalar arasında ölkə çempionatlarında baş tutan 17-ci görüş olacaq. Rəqiblərin son 5 qarşılaşmasına nəzər saldıqda "Neftçi"nin ardıcıl 5 oyundu qol həsrəti yaşadığını görmək olar. Ötən mövsümün 4 oyununda, həmçinin cari mövsümün ilk dövrəsində komandanın qapıçısı Kamran Ağayev "Neftçi" üçün "alınmaz qala" qura bilib. 10.11.2007 "Xəzər Lənkəran" - "Neftçi" - 0:1
"Neftçi" "Xəzər Lənkəran"a sonuncu qolunu 2009-cu il aprelin 12-də vurub. Əli Cansunun 90+1-ci dəqiqədə vurduğu qoldan sonra 450 dəqiqəlik quru seriyaya malik komanda 672 gündü bakılılardan qol buraxmır. Həmin qolu da Kamranın deyil, Dmitri Kramarenkonun buraxdığını nəzərə alsaq bu rəqiblə matçlarda Ağayev seriyası daha uzağa gedib çıxır. "Neftçi" Kamranın qapısına sonuncu qolu 2007-ci il noyabrın 10-da vurub. Həmin matçın ilk dəqiqəsində fərqlənən Georgi Adamiyanın qolundan sonra "Xəzər Lənkəran"ın qapısı rəqib üçün tilsimlənib. Bu tilsim 539 dəqiqə və ya 1191 gündü.//lankaranfc.com
Kamran Ağayevli "Xəzər Lənkəran" "Neftçi"yə qarşı
08.11.2009 "Xəzər Lənkəran" - "Neftçi" - 0:0
17.02.2010 "Neftçi" - "Xəzər Lənkəran" - 0:0
27.03.2010 "Xəzər Lənkəran" - "Neftçi" - 0:0
01.05.2010 "Neftçi" - "Xəzər Lənkəran" - 0:0
25.09.2010 "Xəzər Lənkəran" - "Neftçi" - 1:0
| Paylaş: