"NEFTÇİ"DƏ "SƏRİNLİK" ABU-HAVASI
Paylaş:
Azərbaycan Premyer Liqasının XX turunda evdə "Xəzər-Lənkəran"ı qəbul edəcək "Neftçi" məşqlərini davam etdirir. Ötən günü iki məşqlə tamamlayan komanda üzvləri, bu gün bir məşqlə kifayətlənəcək. Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular, "Sərin" otelinin meydançasında hazırlıqlarını davam etdirəcək. Komandanın qapıçıları isə serbiyalı mütəxəssis Neboyşa Manoyloviçin rəhbərliyi altında məşq edəcək. "Neftçi"nin məşqində zədəli Paulius Qribauskas, Alessandro Viana da Silva, Emil Mpenza, həmçinin Azərbaycan yığmasının təlim-məşq toplanışında olan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə iştirak etmir.
| Paylaş: