')

Bu gün:


FutbolPress.Az | "BAKI"NIN GÖZÜ YOLDADI

"BAKI"NIN GÖZÜ YOLDADI


oxunma sayı: 182 Paylaş:

"Bakı" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı vaxtı baxışdan keçirdiyi bolqarıstanlı müdafiəçi Radomir Todorovla ukraynalı hücumçu Ruslan Leviqanı da Azərbaycan paytaxtına gətirib. Hər iki futbolçuyla bağlı yekun qərar klubun vitse-prezidenti Zeynal Məmmədovun Bakıya dönüşündən sonra veriləcək.

Bolqarıstanlı və ukraynalı legionerlərlə müqavilə bağlanılacağı gözlənilir. Hazırda komanda məşqçilər Novruz Əzimov və İqor Klimovun rəhbərliyi altında çalışır.
Eyni zamanda Latviya yığmasına başçılıq edən Aleksandr Starkov fevralın 9-da Antalyada Boliviya millisi ilə keçirəcəkləri yoldaşlıq görüşünün ertəsi ölkəmizdə olacaq. Bundan sonra Starkovun iştirakıyla mətbuat konfransının təşkili nəzərdə tutulub. Jurnalistlərlə görüşün fevralın 12-də Premyer Liqanın XX turunda "Bakı"nın "Muğan"la keçirəcəyi oyun öncəsi baş tutacağı gözlənilir.//lent.az


oxunma sayı: 182 | Paylaş:




?>