')

Bu gün:


FutbolPress.Az | XAQANİ MƏMMƏDOVUN "TEST-KUPER TAMAŞASI"

XAQANİ MƏMMƏDOVUN "TEST-KUPER TAMAŞASI"


oxunma sayı: 572 Paylaş:

HK sədri yaranmış xaosun qarşısında niyə acizdi?

Hakimlər daha Antalyada təlim-məşq keçir. Bu toplanışlar isə nə qədər xərc tələb edir... Bəs qarşılığı nədi?

Dünən test-kuper idi. Hakimlər fiziki hazırlıqlarından imtahan verirdilər. Amma bu dəfə daha fərqli - biabırçılıq!

Son test-kuperləri birbaşa izləyən "FutbolPress" qeydə aldığı nöqsanları yazmışdı. Hər dəfə də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun heç bir Avropa standartına uyğun gəlməyən test-kuper həngamələrindən azı 2-3 "əmma" çıxırdı. Bu dəfə isə xaos idi.

Fariz Yusifovla gənc və perspektivli hesab etdikləri, nümunə göstərdikləri Rəhim Həsənov ümumiyyətlə, test-kuperdə görünmədilər.

Vüsal Əliyev, Əfqan Həmzəyev, Ceyhun Haşımov kimi "avtoritetlər" isə stadionu tam dövrə vurmaq əvəzinə istədikləri kimi dövrələyirdilər. Bu da oldu fiziki normativləri yerinə yetirmək.

Yalnız 1-2 hakim canfəşanlıq edirdi ki, onlar da HK sədrinin "sokraşeniyasına" tuş gəlməmək üçün buna məhkum olub.

Bütün bu sərgüzəştləri tribunadan izləyən Məmmədov isə vəziyyətə müdaxilə etmək ixtiyarında deyildi. Daha doğrusu, sanki buna can atmırdı. Maraqlıdı, niyə? Bu laqeydlik hansı səbəbdən yarana bilər?

HK sədri həmişə test-kuperlərin sərt nizam-intizam şəraitində keçirildiyini qətiyyətlə vurğulayardı. Bu dəfə nə bu onu maraqlandırır, nə dəvəziyyətə müdaxilə etməyə can atırdı.

Ən maraqlı məqam isə assistantlərlə baş hakimlərin normativləri birlikdə verməsi idi. Əslində ayrı-ayrı olmalıdı. Bu xaosun səbəbi nədi? Bizi izləyin...


oxunma sayı: 572 | Paylaş:




?>