"XƏZƏR LƏNKƏRAN"IN NÖVBƏTİ "BOMBASI" "DİNAMO"DAN GƏLDİ
Paylaş:
Qış fasiləsində bütün mövqelərdə gücləndirmə aparan "Xəzər Lənkəran" daha bir futbolçunu öz heyətinə cəlb edib. Komandanın növbəti transferi Rumıniyalı müdafiəçi Adrian Skarlatakedi. Əsasən sağ cinah müdafiəçisi kimi tanınan Adrian həm də arxa zonanın mərkəzində yer ala bilər. Futbolçu "Xəzər Lənkəran"ın sıralarına "Dinamo" (Buxarest) komandasından qoşulub. İcarə əsasında müxtəlif Rumıniya klublarında çıxış etmiş yeni trasnfer karyerası ərzində keçirdiyi 140-dan çox oyunda 4 dəfə qol vurmağa da nail olub.
| Paylaş: