')

Bu gün:


FutbolPress.Az | ÜRƏYİ "NEFTÇİ"YLƏ DÖYÜNƏN BRAZİLİYALI

ÜRƏYİ "NEFTÇİ"YLƏ DÖYÜNƏN BRAZİLİYALI


oxunma sayı: 147 Paylaş:

"Hazırda vətənimdə zədəmin müalicəsini davam etdirirəm. Fevralın 20-nə qədər komandamın düşərgəsinə qoşulacam. O anı səbirsizliklə gözləyirəm". Bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Alessandro Viana da Silva deyib.

Futbolçu derbidə azarkeşləri komandaya dəstək olmağa çağırıb: "İndi məni düşündürən əsas məsələ fevralın 13-də "Xəzər-Lənkəran"a qarşı keçirəcəyimiz oyundu. Təəssüf ki, bu görüşdə komanda yoldaşlarıma kömək edə bilməyəcəm. Ancaq bilirəm ki, onlar bu matçda var güclərini ortaya qoyub qələbə qazanaraq, mənim yoxluğumu unutduracaqlar. Komandamız qış fasiləsində lazımlı transferlər həyata keçirib. Ürəyim onların yanındadı. Rəhbərliyin qarşımıza qoyduğu çempionluq hədəfinə çatacağımıza əminəm. Buradan "Neftçi"nin sadiq azarkeşlərini bu görüşdə komandamızı dəstəkləməyə səsləyirəm".

"Gəncə"ylə görüşdə zədələnən "Neftçi"nin braziliyalı müdafiəçisi Alessandro Viana da Silvanın müalicəsi davam edir. Türkiyədə keçirilən hazırlıq prosesinin ilk mərhələsi zamanı klub həkimlərinin nəzarəti altında müalicə olunan futbolçu sonrada bərpa kursu üçün vətəninə gedib. Yanvarın 25-dən Braziliyaya yola düşən Alessandro Viana da Silva fevralın 10-20-si aralığında Bakıya dönəcəyi gözlənilir.


oxunma sayı: 147 | Paylaş:




?>