')

Bu gün:


FutbolPress.Az | Bank `O Mat...

Bank `O Mat...


oxunma sayı: 754 Paylaş:

"UniBank" ASC Premyer-Liqanın sponsoru olağacağını boynuna aldıqdan sonra ilk səs-küylü işi bir neçə idman yazarını "Fənərbağça"-"Qalatasaray" matçını izləməyə aparması oldu. Ona görə səs-küylü ki, Türkiyəyə aparılan jurnalistlər nüfuzlu kimi fərqləndirilərək, bu məşhur derbini canlı izləmək üçün 2 günlük səfərə qonaq edilmişdilər...

Bu məsələ bir neçə idman KİV-i cihada meyl salmağa vadar edib. Məsələn, ilk olaraq "Futbol+" qəzeti bunu manşetə çıxarıb ki, "Əgər "UniBank" ölkənin ən tirajlı idman qəzetinin əməkdaşlarını bu səfərə qonaq etməyibsə, onda rədd olsun, "UniBank" və "UniBank Premyer-Liqası""... Qonşu KİV hardasa, haqlıdı bu iradında

Əslində, bu məsələylə bağlı bir neçə həmkarla birlikdə müəyyən müzakirələr aparmışdıq, amma səfər barədə yox, məhz Premyer-Liqanın "UniBank Premyer-Liqası" kimi qeyd edib-etməmək sualına cavab tapmaq idi predmet.

Məsələn, tutalım, Elçin Cəlilov bir qəzet təsisçisi və bir idman saytının rəhbəri kimi "UniBank"dan Türkiyəyə səfər üçün dəvət almayıbsa, buna görə deyil, məhz adıhallanan kommersiya bankının qeyri-etik və qeyri-qanuni şəkildə həmin bankın adını Premyer-Liqa adına "calaq" edilməsinin tələb olunmasını qəbul etmir. Bu, heç bir halda kommersiya əsaslarına uyğun gəlmir.

Əgər bu bank adının bərabər qeyd edilməsini istəyirsə, buyursun, bunu KİV-dən tələb etmək əvəzinə, mükəmməl bildiyi kommersiya əsaslarına uyğun şəkildə müvafiq KİV-ə buna görə "reklam haqqı" ödəsin- dünyanın sivil ölkələrində belədi.

O ki qaldı "UniBank"ın nüfuzlu jurnalist deyə, Türkiyəyə qonaq etdiklərinə- bilirsiz, bu bankın federasiyayla bağladığı müqavilənin absurdluğu belə addımlar atacağına əminlik yaratmalı idi. Bir bank ki kommersiya maraqlarını güdmədiyi bir sektora yatırım deyə, pul xərcləyirsə, onda vay həmin bankın müştərilərinin halına. Premyer-Liqaya sponsorluq edən subyekt stimul obyektini nədə görür?! Xərclədiyi pulu necə geri götürəcək?! Bunun özü də böyük bir müzakirə mövzusudu...

XÜLASƏ:

Əziz "UniBank", federasiyayla müqavilə bağlamısan, ona nə bilək-nə qədər pul verəcəksən və nə bilək ki, Azərbaycan reallığında absurd olaylardan biri də bu deyil və heç bilmək də istəmirik ki, bir bank olaraq gələcəyiniz necə olacaq, peşəkarlıq və perspektiv oriyentasiyanız nədən ibarətdi-filan... Amma onu mütləq bilirik və bilin ki, KİV-dən bankınızın adını Premyer-Liqanın adıyla "calaq" olunmasını tələb edə, ondan o yana da keçə, bu yana da keçə bilərsiz, amma bu o demək deyil ki, tələbinizin 100% reallaşacağına əmin olmalısız... Uzaqbaşı, bir neçə "ayağısürüşkən" idman KİV-ini "şirnikləndirə" bilrəsiz, yaxınbaşı da satın ala bilərsiz, amma qərdeşim, bura elə bir yerdi ki, burda saf və peşəsinin müqəddəsliyini heç bir əsası olmayan tələbin və ya göstərişin badına verməyəcək qədər dürüst, "tərs" jurnalistlər, idman KİV-ləri də var. Allah "depozitinizə" rəhm(ət) etsin! 


oxunma sayı: 754 | Paylaş:




?>