')

Bu gün:


FutbolPress.Az | "FutbolPress" Naxçıvan səfərinə niyə getmir? (QEYD)

"FutbolPress" Naxçıvan səfərinə niyə getmir? (QEYD)


oxunma sayı: 1194 Paylaş:

FutbolPressPFL oktyabrın 23-də "Xəzər Lənkəran" və "Neftçi" arasında Naxçıvanda keçiriləcək Superkubok matçına jurnalistlər aparır. 35-40 nəfər aparırlar deyilənə görə. Mən Elvinlə öz pasportumu vermişdim. Ona görə ki, gedək ordan reportaj hazırlayaq. Videoreportaj üçün ssenarini də hazırlamışdım. Zəng ediblər ki, yalnız 1 nəfər gedə bilər... Nədi-nədi gündə kefinə düşüb sayt açan avaraları da aparmaq lazımdı. PFL heç kəslə pis olmaq istəmir. Mən elə səfərdə nə gəzirəm, nəyimə lazımdı Superkubok...

İkimizi də səfərdən imtina elədim, lazım deyil elə səfər.. Ümumiyyətlə, bir də saytlar arasında fərq qoyulmasa, heç bir futbol qurumunun tədbirinə qatılmayacağıq...

Biz çempionatın təbliği üçün PFL-dən az iş görmürük. Bəzən çox iş görürük:

Turun 5 qolu
Turun icmalı
Turun 11-liyi
Hər turun təhlili
Hər ayın icmalı
Hələ nə qədər də planlar, ideyalarımız var idi...


Balaca bir daxmada, sınıq-salxaq imkanlarla. Bunlarsa ağlaşırlar ki maddi imkan yoxdu... Maddi imkanın yoxdusa, eləmə bu səfəri, ya da edirsənsə, seçimi, təyinatı doğru apar, təyyarəyə kolxoz bazarı yığmırsan... O boyda imkanla adicə statistik şeyləri, kadrları, məlumatları vaxtında ortaya çıxara bilmirlər, onda FPTV neyləsin bəs... Dostluğa-tanışlığa müəyyən texniki şeyləri güzəşt edirsən, görürsən düzəlmir, zayı çıxır bir az da...

Söhbət səfər söhbəti deyil, söhbət bezdirici vəziyyət alan siyasətdi. İş görə bilməyən, stadionlarda görünməyənlər səfər söhbəti çıxanda tapılırlar və səfərə gedirlər. PFL buvaxta qədər belə məsələlərdə xarakter qoymayıb ortalığa. Ona görə də it ilxısı, köpək sürüsü - idman mediası səfeh durumdadı. Konfransda alqışlamaqla məşğuldular artıq...

İçinə şəpləsinlər çempionatınızın ki, mən hər turunu, bəzən iki oyunu eyni gündə izləyirəm, çalışıram iş görək, keyfiyyət qaldıraq və mənə soyuq dəysin, xəstələnim və s. Oturacam evdə, işçilərə də deyəcəm, kefiniz düşəndə bir xəbər qoyun sayta, səfər vaxtı da tapılacam, deyəcəm ə davay, mən də gəlirəm, işçim də gəlir. Bomba bildiyiniz saytlar elə edir axı... Heç biri meydanlarda görünmür, ancaq səfər-süfər vaxtları cücərib çıxırlar.

PFL-in səfər siyasəti və ümumiyyətlə mediayla əlaqələr məsələsi ifrat halını almaqdadı. Ya ortalığa xarakter qoyulmalıdı, peşəkarla həvəskar fərqləndirilməlidi, ya da "hamıyla yaxşı  olum" prinsipiylə davam etsinlər və biz işimizi bilək. Daha bu qədər də yox...

Elçin CƏLİLOV


oxunma sayı: 1194 | Paylaş:




?>