')

Bu gün:


FutbolPress.Az | AFFA-DAKI "ÇİSTKA"NIN SƏBƏBİ NƏDİ?

AFFA-DAKI "ÇİSTKA"NIN SƏBƏBİ NƏDİ?


oxunma sayı: 593 Paylaş:

"FutbolPress"in PFL prezidenti Ramin Musayev və AFFA-nın baş mühasibi Yusif Həmidovun assosiasiyanın hesabına "Ambassador"da eyş-işrət qurduğu, şəxsi əyləncəsi üçün federasiyanın büdcəsindən xərclədikləri haqda yaydığı şok faktlar geniş rezonans doğurdu.

Faktlarla bağlı Ramin Musayevdən müsahibə də alındı. Musayev müsahibədə suallardan nə qədər yayınmaq istəsə də, pulun haradan və necə xərcləndiyi haqda faktla və dəlillərlə arqmuentləri oxucuya çatdırdıq.

İndi bunun nəticəsi AFFA-nı lərzəyə salıb. Əldə etdiyimiz məlumata görə, qurumun baş mühasibinin müavini Zinyət Rzaxanova işdən xaric oluna bilər. Daha doğrusu məzuniyyət adıyla, artıq onu işdən çıxarıblar.

Zinyət xanım əvvəllər AFFA-nın baş mühasibi olub. Daha sonra Ramin Musayev "Neftçi"də bir yerdə işlədikləri Yusif Həmidovu o vəzifəyə gətirib və Zinyət xanım müavin vəzifəsinə təyin olunub. Musayevin bu işlərə rəsmən olmasa da, qeyri-rəsmi müdaxiləsi mümkündü.

Elə buna görədi ki, köhnə-yeni iş yoldaşıyla əlbir istənilən işi görmək mümkün olub - həmçinin məlum "Ambassador" macərası".

AFFA-da yaxın günlərdə daha bir necə işdən qovulmanın olacağı artıq bizə məlumdu. Ancaq rəhbər şəxslərin təqsirkar olduğu işdə icraçı işçilər niyə cəzalandırılır - bu anlaşılmır. Bizi izləyin...


oxunma sayı: 593 | Paylaş:




?>