')

Bu gün:


FutbolPress.Az | AFFA YENƏ SUSUR...

AFFA YENƏ SUSUR...


oxunma sayı: 603 Paylaş:

Babək Quliyev: "Yəqin pul "yeyintisinin" başqa yolları qalmayıb da..."

Premyer Liqa və I division hakimlərinin (təxminən, 130-140 nəfər) Gənclər və İdman Naziriliyi nəzdindəki hospitalda pulsuz tibbi müayinəsini AFFA prezidenti Rövnəq Abdullayevə məxsus olduğu deyilən "Modern Hospital"da 500 manatlıq müayinə ilə əvəz olunması haqda verdiyimiz xəbərə qarşı tərəf münasibət bildirmək istəmir.
...Əvəzində assosiasiyanın baş mühasibi Yusif Həmidovun müavini Zinyət Rzaxanovanı işdən çıxarmaq istəyirlər. Niyə? Çünki "FutbolPress" burada 500 AZN qiymətini dəqiqliyi ilə yazdığına görə, onu günahkar bilirlər. Elə Yusif Həmidovun "Ambassador"da AFFA-nın pullarını öz əyləncəsi üçün necə "dağıtdığını" sənədlərlə yazmadıqmı? Niyə nəticə yoxdu? Məgər lap Həmidovu cəzalandırsaz, bununla hər şey düzəlirmi?

Nəticə yalnız ən zəif bəndən başında çatlayır. Zinyət xanım orda baş mühasibin müavinidi. Onu işdən çıxarmaq çıxış yolu deyil, cənablar.

Əgər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yenə fakta, xəbərə münasibət bildirməkdən boyun qaçırırsa, əvvəla bu, onun vəzifədə "qondarma" fiqur olduğunu bir daha təsdiqləyir, ikincisi də yazdıqlarımızın hamısı faktlara əsaslandığı üçün başqa söz tapa bilmirlər.

Məsul şəxslər danışmaq istəməsə də, yenə Babək Quliyev dindi. Hakimlikdən heç bir arqument, sübut olmadan, qeyri-müəyyən müddətə qovulan FİFA dərəcəli referi xəbərə münasibət bildirmək istədiyini dedi. Quliyev faktları təsdiqlədi: "Bəli, siz düz yazmısız, iki il bundan əvvələ qədər hakimlər nazirliyin hospitalında müayinə olunurdular. Özü də pulsuz. İndi isə "Modern Hospital"da. Özü də yazmısız ki, 500 manat?! Bu, nonsesdi! Belə şey olar?! Elə o gün qızımı nazirliyin hospitalına aparmışdım, cüdoyla məşğuldu, yarışqabağı müayinə üçün getmişdik. Orda bir neçə hakimi gördüm və onlar da bunu təsdiqlədilər. İndi mənə maraqlıdı, əgər "Modern Hospital"da müayinə olunursansa, bəs niyə yenə nazirliyin hospitalına gəlirsən? Vallah, bunlar neyləmək istəyir heç başa düşmək olmur. Yəqin pul "yeyintisinin" başqa yolları qalmayıb da".

Biz həmişəki kimi, qarşı tərəfin izahını dinləməyə və dərc etməyə hazırıq.


oxunma sayı: 603 | Paylaş:




?>