')

Bu gün:


FutbolPress.Az | TAHİR SÜLEYMANOV ÖZÜNÜ "GÖSTƏRDİ"...

TAHİR SÜLEYMANOV ÖZÜNÜ "GÖSTƏRDİ"...


oxunma sayı: 774 Paylaş:

FutbolPress:  Uğursuzluq zolağında çabalayan "Neftçinin yeni rəhbərliyi heyətin bütün futbolçularına mediaya danışmağı qəti şəkildə qadağan edib.
Məsələnin ciddiliyi barədə klubun bazasında dünəndən etibarən futbolçulara ünvanlanan xüsusi bildirişdən məlum olur. Belə ki, futbolçular rəhbərliyin icazəsi olmadan mediaya açıqlama verə bilməzlər.
Baş məşqçi Vaqif Sadıqov bu kimi məsələlərin onun səlahiyyətində olmadığını bildirəndən sonra klubun vitse prezidenti Tahir Süleymanovla əlaqə saxlayıb məsələyə rəsmi münasibət öyrənməyə çalışdıq. Amma həmişə vəzifədə olmayanda "vızovlarımıza" belə canla-başla cavab verən Süleymanov səlahiyyət sahibi olduqdan sonra ənənəvi ampluasına sadiq qaldı- zənglərimiz, müraciətlərimiz görməzliyə vurulur.

Çalışıb, yaxın vaxtda bu məsələnin detallarını ayırd edib, Sizə bu barədə məlumat verəcəyik.


oxunma sayı: 774 | Paylaş:




?>