"SPARRİNQ-RƏQİB SEÇMƏKDƏ YANILMADIĞIMIZI BAŞA DÜŞDÜK"
Paylaş:
Bosniya və Herseqovinanın "Çelik Zenica" klubunun baş məşqçisi Abdulah İbrakoviç "Neftçi" ilə yoxlama matçından sonra fikirlərini bildirib. Bosniyalı çalışdırıcı 0:1 hesablı məğlubiyyətin səbəbini belə izah edib: "Neftçi" ilə oyun bizə çox çətin oldu. Bu görüşün hər iki komandanın hazırlığına böyük xeyri var. "Neftçi"nin Azərbaycan çempionatının lideri olmasını bilirik. Buna görə də onlara yoxlama matçı keçirməyi təklif etmişdik. "Neftçi"nin gücünü gördükdən sonra sparrinq-rəqib seçməkdə yanılmadığımızı başa düşdük. Həqiqətən də "Neftçi" çox yaxşı komandadı".
| Paylaş: