')

Bu gün:


FutbolPress.Az | ARİF ƏSƏDOV: MƏHZ MÜBARİZLİYİN SAYƏSİNDƏ QALİB GƏLDİK

ARİF ƏSƏDOV: MƏHZ MÜBARİZLİYİN SAYƏSİNDƏ QALİB GƏLDİK


oxunma sayı: 142 Paylaş:

"Əvvəlki oyunlarla müqayisədə, "Çelik Zenitsa"yla matç kobud oldu. Rəqib atletik futbola üstünlük verirdi. Biz texnikalı oyun nümayiş etdirdiyimizdən, onlar məcburiyyət qarşısında qalıb, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər". Bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli çalışdırıcının bildirib ki, "Çelik Zenitsa" üzərində qazanılan minimal hesablı qələbə flaqman futbolçularının əhval-ruhiyyələrini daha da yaxşılaşdırıb: "Çelik Zenitsa"nın kobud oynamasına baxmayaraq, "Neftçi"nin futbolçuları sonadək mübarizə apardılar. Məhz mübarizliyin sayəsində qalib gəldik. Oyun üslubumuzu qoruyub saxlamağa çalışırdıq. İkinci hissədə Flavinyonun meydana daxil olması ilə təşəbbüsə tam yiyələndik. Qələbə topunu da elə onun ötürməsindən sonra Bahodir Nasimov vurdu. Bu, bizim ardıcıl 3-cü qələbəmizdi. Təbii ki, qalibiyyətləri sıralamağımız, komandanın düşərgəsində əhval-ruhiyyənin daha da yaxşılaşmasına səbəb olur. Yenə də gənclərin hamısına oynamaq şansı verdik. Fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində axırıncı yoxlama matçını keçirəcəyik. Bundan sonra Premyer Liqa üçün heyəti müəyyənləşdirəcəyik".


oxunma sayı: 142 | Paylaş:




?>