')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədovun maliyyə fırıldaqları (II YAZI)

Elxan Məmmədovun maliyyə fırıldaqları (II YAZI)


oxunma sayı: 1898 Paylaş:

FutbolPressÖtən yazıda hakimlərin ölkədaxili ezamiyyə təyinatlarındakı maliyyə problemlərini müzakirəyə çıxardıq. Elxan Məmmədovu əsas hədəf kimi göstərməyimiz əbəs deyil. AFFA-da maliyyə məsələləriylə bağlı bütün təqdimatlara yalnız onun imza qoymaq səlahiyyəti var...

Maraqlı bir məlumatı isə bugünlərdə əldə eləmişik. Bir müddət əvvəl Məmmədovun bu yekdil səlahiyyətinə bir şərik qoşulub. Yəni imza qoymaq, maliyyə məsələsində son söz demək ondan başqa həm də Tariyel Şirəliyev adlı şəxsə həvalə edilib. O, İnzibati Təsərrüfat Departamentinin mütəxəssisidi. Ona səlahiyyətin hardan, kim tərəfindən verildiyini xeyli araşdırdıq, ancaq “Yuxarıdan tapşırıblar” variantından daha təfsil variant tapa bilmədik. Yalnız onu öyrənə bildik ki, bu, Rövnəq Abdullayevin komandasından deyil...

Məsələn, əvvəllər tədbir təşkilatçılığı, digər inzibati işlərin maliyyə təqdimatları da Elxan Məmmədovun “inhisarında” idisə, artıq belə məsələlərə Şirəliyev baxır. Bundan başqa o, Məmmodovun qol çəkdiyi hər sənədə nəzarət eləməlidi.

Görünür, kifayət qədər “yuxarılardan” təyin olunub. Bəs niyə? Nədən buna ehtiyac duyuldu? Hər halda, bunu Rövnəq Abdullayev eləsəydi, Məmmədovun maliyyə pozuntularına başçılıq eləməsindən xərbərdar olduğu bilinərdi. Ancaq bir az da axtarıb rəsmi olmayan bir versiya müəyyənləşdirmişik: Tariyel Şirəliyev “”first lady” Mehriban Əliyevanın komandasındandı. Sizə bilinən daha bir qeyri-rəsmi məqamı da xatırladaq, sonra keçərik təfsilata. ARDNŞ-də bir müddətdi parçalanma gedir: Rövnəq Abdullayevin komandası və Mehriban Əliyevanın tərəfdarları. Bu məqamın ölkə futboluna təzahürü də bu şəkildə yavaş-yavaş özünü göstərməkdədi...

                                                                       ***       ***       ***

Maliyyə sənədlərinə qol çəkmək səlahiyyəti olan Elxan Məmmədovun ciddi problemlərindən biri də hakimlərin ildə iki dəfə (qış və yay) ölkə xaricində təlim-məşq toplanışına yatırılan maliyyədədi. Təkcə ezamiyyə haqlarındakı çaztışmazlıqlarına niyə indiyə qədər aydınlıq gətirilməyib, heç cür anlaşılmır. 4 ildi ənənəvi təşkil olunan bu hazırlıq prosesləri – qışda adətən Türkiyədə, yayda isə Sloveniya və bu il Polşada keçirilən bu toplanışlara minimum 40 hakim aparılır. Toplanışlarda olmuş hakimlərdən öyrənmişik ki, ezamiyyə haqqı bütün ezamiyyə müddətinə görə (15 gün) cəmi 400 manat ödənilir.

Ancaq qanunda tam başqa cürdü. Nazirlər Kabinetinin müvafiq qanununda ölkələr üzrə günlük ezamiyyə xərclərinin normaları göstərilib. Məsələn, Türkiyədə İstanbul və Ankara (165 avro) şəhərləri istisna olmaqla digərlərinə günlük  ezamiyyə haqqı 150 avrodu. Hakimlər hər qış Antalyada toplanış keçir. Deməli, qanunla, hər hakim toplanışda günü 150 avro olmaqla, 15 günə görə 2250 avro almalıdı. Ancaq Elxan Məmmədov 15 günə görə cəmi 400 manata qol çəkir. Hələ bu ayrı sualdı ki, bunun məhz 500 avro olmasını kim müəyyənləşdirir? Yaxşı olar ki, Rövnəq Abdullayevin göstərişi ilə audit araşdırması aparılsın və bu məqamlara aydınlıq gəlsin. Hələ güman bunlar daha kiçik məsələlərdi...

Bildirək ki, toplanışların keçirildiyi digər ölkələr – Sloveniyaya görə günlük ezamiyyə xərci 145, Polşaya görəysə 150 avrodu.

Elçin CƏLİLOV


oxunma sayı: 1898 | Paylaş:




?>