')

Bu gün:


FutbolPress.Az | ƏZİZ QULİYEV:  İNTENSİV MƏŞQLƏRƏ ARA VERMƏLİYƏM

ƏZİZ QULİYEV: İNTENSİV MƏŞQLƏRƏ ARA VERMƏLİYƏM


oxunma sayı: 172 Paylaş:

Ayağında aşkarlanan zədə səbəbi ilə Azərbaycan milli komandasının Dubaydakı təlim-məşq toplanışından kənarda qalan Əziz Quliyev bu gün Antalyada müayinə olunub. Tibbi yoxlamadan keçirilən gənc futbolçunun zədəsinin ciddi olmadığı açıqlanıb

Bir neçə gün ərzində komandadan ayrı məşq edəcək Quliyev bunları deyib: "Dubaya böyük ümidlərlə yollanmışdım. Milli komandanın formasını geyinmək hər bir oyunçunun arzusudu. Yığmadan kənar qaldığım üçün üzgünəm.

Ayağımda ağrılar yarandı. Bu səbəbdən həkimlərə müraciət etdim. Zədəmin ciddi olmadığı bildirilir. Ancaq bununla belə həkimlərin qərarıyla intensiv məşqlərə ara verməliyəm. İnanıram ki, yaxın günlərdə sıraya qayıdacağam".


oxunma sayı: 172 | Paylaş:




?>