')

Bu gün:


FutbolPress.Az | NASİMOV "NEFTÇİ"YƏ QƏLƏBƏ QAZANDIRDI (YENİLƏNİB)

NASİMOV "NEFTÇİ"YƏ QƏLƏBƏ QAZANDIRDI (YENİLƏNİB)


oxunma sayı: 240 Paylaş:

Təlim-məşq toplanışını Antalyada keçən "Neftçi" hazırlıq prosesinin ikinci mərhələsində bu gün üçüncü yoxlama matçında qüvvəsini sınayıb. Arif Əsədovun yetirmələri əvvəlcədən xəbər verildiyi kimi "Rudar"la yox, Bosniya və Hersoqovinanın "Çelik Zenitsa" komandasıyla qarşılaşıb. "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında keçirilən görüş paytaxt klubunun 1:0 hesablı qələbəsiylə bitib. "Ağ-qaralar"ın heyətində Bahodir Nasimov fərqlənib. Çernoqoriya çempionu "Rudar"la oyun isə fevralın 3-nə təyin olunub.

"Neftçi" Türkiyədəki hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyunu keçirib və Rusiyanın I liqa təmsilçisi "SKA-Energiya"yla heç-heçə oynayıb - 1:1. İkinci hazırlıq prosesində isə artıq iki görüş baş tutub. Ukraynanın "Arsenal" (Kiyev) klubuna 2:1 hesabıyla qalib gələn "Neftçi" Avstriyanın "Şturm" (Qarz) komandasını iki cavabsız qolla məğlub edib.

Yoldaşlıq oyunu

1 Fevral

"Neftçi" - "Çelik Zenitsa" - 1:0


oxunma sayı: 240 | Paylaş:




?>