')

Bu gün:


FutbolPress.Az | FutbolPressTV: "Böyük Oyun" - Matçdan sonra yaşananlar (VİDEO)

FutbolPressTV: "Böyük Oyun" - Matçdan sonra yaşananlar (VİDEO)


oxunma sayı: 1589 Paylaş:

FutbolPressPremyer Liqanın IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında və oyundan sonra baş verən olaylarla bağlı xəbər vermişdik.

Hər iki komandanın azarkeşləri arasındakı insident pik həddə çatıb. Bir qrup cənublu fanat şəhərdə müxtəlif yolları bağlayıblar. Güc strukturları hazırda asayişin təmin olunması üçün səy göstərirlər.

“Neftçi” Lənkəranı tərk edə bilmir. Bu səbəbdən cənub təmsilçisinin rəhbərliyi qonaq komandanın təhlükəsizliyini təmin etmək üçün klubun bazasında onlara yer verib.

Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət qismən sabitləşib.

"FutbolPress TV"nin oyundan sonra baş verən insidentlə bağlı hazırladığı video-reportajı təqdim edirik.


oxunma sayı: 1589 | Paylaş:




?>