')

Bu gün:


FutbolPress.Az | TAHİR SÜLEYMANOV TƏKZİB EDİR (MÜSAHİBƏ)

TAHİR SÜLEYMANOV TƏKZİB EDİR (MÜSAHİBƏ)


oxunma sayı: 517 Paylaş:

"Yerli klubların heç bir futbolçusuyla danışıq aparmırıq"

Aleksandr Starkov intizamsızlığa görə Jaba və Roşanı cəzalandırdı. Əvvəlcə onların komandadan qovulduğu haqda xəbər yayıldı, sonra məlum oldu ki, paytaxt təmsilçisinin ən çox güvəndiyi braziliyalılar əvəzedici heyətə göndərilib.

Latviya millisindən tanıdığımız Maris Verpakovskisin "zolaqlılara" transfer olunacağı haqda xəbərlər yayılan kimi Jaba və Roşanın "Neftçi"yə keçidi gündəmə gəldi. Yeni məlumata görə, hər iki "sambaçı" ilə flaqman arasında hətta danışıqlar da başlayıb.

Klubun vitse-prezidenti Tahir Süleymanov "FutbolPress"ə açıqlamasında məlumatı təkzib etdi: "Biz yerli klubların heç bir futbolçusuyla danışıqlar aparmırıq".

- Ancaq xəbər verilir ki, rəhbərliklə həmin oyunçular ilkin razılığa da gəlib.
- Yox. Nə danışıq, heç belə bir şey planda da yoxdu.

- Yəni Jaba və Roşa "Neftçi"nin planında yoxdu...
- Bilmirəm nə yazılıb. Ancaq nəinki adıçəkilən futbolçular, ümumiyyətlə, klubuyla müqaviləsi olan heç bir futbolçunu transfer etmək niyyətində deyilik. Mən Azərbaycan klublarını nəzərdə tuturam.

- Antalyada işlər necədi?
- Əla. Hər şey qaydasındadı. "Arsenal"la yaxşı oynadıq və qələbə qazandıq. Oyunda müsbət dəyişiklik var. Fiziki və taktik-texniki hazırlıqlar tam plan üzrə gedir. "Mardan" İdman Kompleksində komandanın ideal hazırlıq keçməsi üçün hər şərait var. Baş məşqçi, futbolçular və rəhbərlik yaxşı anlayır ki, qarşımıza qoyduğumuz maksimum vəzifəni yerinə yetirmək bu hazırlığı nə cür keçəcəyimizdən asılıdı.

- Bəs supertransfer vədiniz nə yerdə qalıb?
- Bu barədə klubun prezidenti Sadıq müəllimin xüsusi tapşırığı əsasında işlərimizi davam etdiririk. Azarkeşlərin səbrsizliklə gözlədiyini bilirik. Gözləyin, yaxşı olacaq.

- Konkret nəsə məlumdu?
- Qoy bu barədə danışmayım. Olar?
- Olar.


oxunma sayı: 517 | Paylaş:




?>