')

Bu gün:


FutbolPress.Az | "TURAN"IN 3 FUTBOLÇUSU KOMANDADAN AYRILDI

"TURAN"IN 3 FUTBOLÇUSU KOMANDADAN AYRILDI


oxunma sayı: 206 Paylaş:

Antalyada təlim-məşq toplanışı keçən "Turan" hazırlıqlarını davam etdirir. Səhər məşqində "Turan " "Obolon" matçında əsas heyətdə oynayanlar istirahət etdiyi halda digərləri çalışmaları davam etdirib. Az öncə başa çatan axşam məşqində futbolçular isinmə hərəkətlərindən sonra 4 qrupa bölünərək "kvadrat" oynayıblar. Qapıçılar Eldəniz Hüseynovun, fiziki cəhətdən hazır olmayan 5 futbolçu isə Yevgeni Qorqadzenin rəhbərliyi altında məşq keçib.

Bu arada milli komandalara dəvət olunan futbolçular komandadan ayrılıb. Azər Məmmədovla Fərmayıl Əliyev U-21, Vurğun Hüseynov isə əsas yığmanın toplanışına qatılmaq üçün düşərgəni tərk edib.


oxunma sayı: 206 | Paylaş:




?>