')

Bu gün:


FutbolPress.Az | ARİF ƏSƏDOV: QARŞIDAKI MATÇLARDA NƏTİCƏYƏ ÖNƏM VERMƏYƏCƏYİK

ARİF ƏSƏDOV: QARŞIDAKI MATÇLARDA NƏTİCƏYƏ ÖNƏM VERMƏYƏCƏYİK


oxunma sayı: 190 Paylaş:

Hazırlıqlarını Antalyada davam etdirən "Neftçi"nin baş məşqçisi Arif Əsədov Ukrayna "Arsenal"ına qarşı keçirilən yoxlama matçından (2:1) sonra bunları deyib: "Arsenal"la görüş ikinci hazırlıq mərhələsinin ilk oyunu idi. Komandamız gərgin məşqlər edir, buna görə də fiziki yükləmələr hiss olunur. Məşqçilər korpusu nəticədən razı qaldı. Birinci hissədə daha yaxşı oynadıq, çoxlu qol vəziyyəti yaratdıq və bunların ikisindən yararlandıq. Fasilədən sonra həyata keçirdiyimiz dəyişikliklər isə istər-istəməz oyunun gedişinə təsir göstərdi. Bu qarşılaşmada əsasən gənclərə şans verdik ki, onlar potensiallarını göstərə bilsinlər. Qarşıdakı yoxlama matçlarında da nəticəyə önəm verməyəcəyik. Həm gəncləri sınaqdan keçirəcəyik, həm də müxtəlif taktiki sxemlər üzərində işləyəcəyik".


oxunma sayı: 190 | Paylaş:




?>