')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" 85-Cİ DƏQİQƏYƏ QƏDƏR DÖZDÜ

"XƏZƏR LƏNKƏRAN" 85-Cİ DƏQİQƏYƏ QƏDƏR DÖZDÜ


oxunma sayı: 218 Paylaş:

Antalyada təlim-məşq toplanışı keçən "Xəzər Lənkəran" bu gün daha bir yoxlama matçında qüvvəsini sınayıb. Cənub təmsilçisi Zaparojye "Metellurq"uyla qarşılaşıb. "Qloriya" otelinin meydançasında keçirilən görüş 1:1 hesabıyla bitib. Mirça Rednikin yetirmələri Ukrayna klubunun avtoqolu sayəsində hesabda önə çıxsa da, 85-ci dəqiqədə üstünlüyü əldən verib. "Metallurq"un bərabərlik qolunu Meqer Zitun vurub.

Bu "Xəzər Lənkəran"ın ukraynalılara qarşı ardıcıl üçüncü sınağı olub. Bundan əvvəl "Krivbass" (1:0), "Zarya"ya (1:3), "Atırau" (1:2) və "Kasımpaşa" (1:4) klublarıyla qarşılaşıb.

Yoldaşlıq oyunu

26 Yanvar

"Xəzər Lənkəran" - "Metallurq" - 1:1


oxunma sayı: 218 | Paylaş:




?>