')

Bu gün:


FutbolPress.Az | FutbolPressTV: I turun ən yaxşı 5 qolu (Yeni)

FutbolPressTV: I turun ən yaxşı 5 qolu (Yeni)


oxunma sayı: 988 Paylaş:

FutbolPressFutbolPressTV ölkə çempionatının təbliğatına aid "TOP-5 rubrikası"nı bərpa edib. Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı və biz bundan sonra yenə sizə hər turun ən yaxşı 5 qolunu seçib, təqdim edəcəyik.

Geridə qalan ilk turda 5 matçda qapılara 15 qol vuruldu. Qarşılaşmalardan ikisində ev sahibi komanda, ikisində isə qonaqlar sevindi. Bir oyun bərabərliklə bitdi.

Ən mahsuldar oyun “Neftçi” – AZAL qarşılaşması olub - 4:1. Ən az qol isə “Simurq” – “Rəvan” (2:0) və “Sumqayıt” – “Xəzər Lənkəran” (1:1) qarşılaşmalarında olub.

Daha iki oyunda isə eyni hesab qeydə alınıb. “Qarabağ” “İnter”i, “Qəbələ” “Bakı”nı 2:1 hesabı ilə məğlub edib.


"TOP-5"in qalibinin açıqlaması tezliklə saytımızda olacaq. Bu seçim "FutbolPress"ə məxsusdu və subyektiv anlam daşıyır.


oxunma sayı: 988 | Paylaş:




?>