CEFFERSON RƏSMƏN QOVULDU
Paylaş:
Hazırlıqlarını davam etdirən "Bakı" kolumbiyalı yarımmüdafiəçi Anqulo Ceffersonun müqaviləsinə xitam verib. 2010-cu ilin iyun ayında "Bakı"ya transfer olunan futbolçu komandanın düşərgəsinə qatılmadığı üçün baş məşqçi Aleksandr Starkov tərəfindən Antalyada keçirilən təlim-məqş toplantısından kənarlaşdırılımışdı. "Bakı" futbol klubu bildirir ki, üzrsüz səbəbdən təyin olunan müddətdə komandanın sırlarına qatılmadığı və daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Anqulo Ceffersonun 2011-ci ilin iyun ayına qədər olan müqaviləsi qüvvədən düşmüş hesab olunur.
| Paylaş: