')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"NİN MƏLİKOV VƏ MPENZASIZ FİTNES MƏŞQİ

"NEFTÇİ"NİN MƏLİKOV VƏ MPENZASIZ FİTNES MƏŞQİ


oxunma sayı: 209 Paylaş:

Hazırlıqlarını Antalyada davam etdirən "Neftçi"nin bu gün 2 məşqi nəzərdə tutulub. Səhər məşqi həm fitnes zalında, həm də yaşıl meydanaçada keçirilib. "Ağ-qaralar" baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev, Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak, eləcə də qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında müxtəlif təmrinləri yerinə yetirib. Soyuqdəyməsi olan kapitan Rail Məlikov və zədəli Emil Mpenza məşqə qatıla bilməyiblər. Fitnes zalındakı çalışmalardan sonra futbolçular hazırlığı yaşıl meydançada davam etdiriblər. Onlar "Polor saat"larıyla hərəsi 5 dəqiqə olmaqla, 5 dəfə qaçıblar. Axşam məşqi Bakı vaxtıyla saat 19:00-da olacaq.


oxunma sayı: 209 | Paylaş:




?>