ADAMS KOLLİNZDƏN DANIŞDI
Paylaş:
Hollandiyanın U-21 yığmasıyla Avropa çempionu olmuş Con Kollinsin "Qəbələ"ylə 2,5 illik müqavilə bağlaması haqda xəbər vermişdik. Qəbələ təmsilçisinin baş məşqçisi Toni Adams 25 yaşlı Liberiya əsilli futbolçunun keçidinə münasibət bildirib: "İnanıram ki, Kollins "Qəbələ"də yüksək səviyyədə çıxış edəcək. O, bir neçə il bundan öncə çox istedadlı bir futbolçu idi. Mən də ona "Qəbələ"də şans verəcəm ki, o yenidən əvvəlki formasını bərpa etsin. Təbii ki, bunun üçün gərək futbolçu da öz üzərində çox çalışmalıdı".
| Paylaş: