')

Bu gün:


FutbolPress.Az | Mübariz Mənsimov üçün “closed” XL... (YAZI)

Mübariz Mənsimov üçün “closed” XL... (YAZI)


oxunma sayı: 1552 Paylaş:

FutbolPress“Xəzər Lənkəran”ın səfərdə 2:0, evdəysə 0:8 hesablı məğlubiyyəti saxtakarlığa haçandansa vərdiş eləyən hazırkı idarəçilərin 10 illiyə hesablanmış çempionluq hədiyyəsi oldu “Makkabi”dən.

Futbolda ilahi ədalət bəlkə də başqa bütün ilahi ədalətlərdən güclüdü...

Yazmağa bir şey qalmayıb, artıq XL göstərir... 1 il əvvəl yazırdıq, bu komanda fiaskolara doğru gedir. Azarkeşi incidi, rəhbərliyi söz qalmadı haqqımızda yaydırdı. Aləmi qatdılar bir-birinə, elə bil qarğabazarında gizlənqaç oynayırdılar... Bizsə gördüklərimizi, vəziyyətə uyğun proqnozlarımızı yazırdıq sadəcə. Özü də saxta, qeyri-peşəkar reklam əməkdaşlığından imtina edərək yazmağa başlamışdıq. Hələ bizə inad vəzifəyə gətirilən şəxsi üstümüzə göndərib – reklamı geri qaytarmaq işartıları verəndə bunların neyləmək istədiyini anlamaqda çətinlik çəkirdik. Həmin adam lazım olmadı, qovuldu. XL isə baş məşqçiləri dəyişə-dəyişə gəlib bu günə çatdı.

İndi bir sadə sualım var – 0:8 ağrıdırmı sizi?

Mübariz Mənsimov bu hesaba görə hesab soracaqmı? Yenə klubu qurdalayıb, auditdən keçirərmi? Məqam indidi... Daşın altında nələr kiflənməyib, XL üçün ayrılan pullar rüsvayçılıq qalası tikirmiş, Mənsimov.

“Pyast” bu avroliqa mövsümündə Azərbaycan klublarının qarşısına çıxan ən güclü rəqib olsa da, “Qarabağ” əsl xarakter göstərib mərhələni adladı. Çünki rəhbərlik klubla arada da olsa maraqlanır, baş məşqçiyə komandanı formalaşdırmaqda sərbəstlik verib və s. İllər keçdikcə komandanın püxtələşdiyini hamı görür. “Xəzər Lənkəran”da isə bir sizin ayırdığınız pullar var, bir də Mais Mənsimovun hərdəmxəyallığı qarşısında heç nə eləyə bilməyən Tuyqun Nadirov...

Bu insanlar klub idarə eləməkçün deyillər və bunu dəfələrlə hərtərəfli sübut ediblər. Siz nə vaxt XL-ə ciddi yanaşacaqsız, Mənsimov?

Elçin CƏLİLOV


oxunma sayı: 1552 | Paylaş:




?>