')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"NİN 2-Cİ MƏRHƏLƏDƏ İLK MƏŞQİ

"NEFTÇİ"NİN 2-Cİ MƏRHƏLƏDƏ İLK MƏŞQİ


oxunma sayı: 242 Paylaş:

Bu gün Premyer Liqaya hazırlığın ikinci mərhələsini başlamaq üçün Antalyaya yollanan "Neftçi" axşam saatlarında ilk məşqinə çıxıb. Paytaxt klubu "Mardan Antalyaspor" stadionunda baş tutan məşqdə öncə topla çalışıblar. Arif Əsədovun yetirmələri sonra cütlüklərə bölünərək qısa ötürmələr üzərində işləyib. Ardından fiziki hazırlıq üzrə məşqçi Məhmət Ak futbolçulara müxtəlif təlimlər verib. Eyni zamanda, hər bir oyunçu 20 dəqiqə kross qaçıb. Daha sonra "qırmızılar"a və "yaşıllar"a bölünərək, ikitərəfli oyunda qüvvələrini sınayıb. Yol yorğunluğuna baxmayaraq, "ağ-qaralar" məşqdə həvəslə çalışıblar. Güclü yağış altında keçən məşq təxminən 1 saat yarım davam edib.


oxunma sayı: 242 | Paylaş:




?>