')

Bu gün:


FutbolPress.Az | "Neftçi" ilə oyunda buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq"

"Neftçi" ilə oyunda buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq"


oxunma sayı: 404 Paylaş:

FutbolPress"Biz Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq"

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda qolsuz heç-heçə edən “Skenderbu”nun baş məşqçisi Mirel Yosa cavab oyunu öncəsi Albaniyada mətbuat konfransı keçirib.

O, yerli jurnalistlərə açıqlamasında əvvəlcə bunları deyib: "Əgər siz oyunçularınıza inanmasınız, onda nəticəyə iddia edə bilməzsiniz. Məqsədə gəlincə, bizim şansımız var və artıq əvvəl dediyim ki, həmişə uğura ümid edirik. Bu, komandamız üçün yaxşı matç oldu. Ola bilər ki, uduzaq, yaxud udardıq. Futbolçularımız bütün matç boyu təzyiq altında oynadı.

Bununla belə, biz Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq. Çünki qarşıda oynamaq üçün daha bir 90 dəqiqə var. Rəqib səviyyəli komandadı və səfərdəki bərabərlikdən sonra bir az üstünlüyümüz var".

Yosa cavab qarşılaşması haqda bunları dilə gətirib: "Bakıda 100 faiz gücümüzü qoyduq. Gözlənildiyi kimi, orda meydan sahibləri daha çox hücum edirdi. Ancaq mən sevinirəm ki, komandamız da hücum edir, qol imkanları yaradırdı. Bu, xüsusilə ilk hissədə oldu.

Son nəticəyə daha çox diqqətimizi cəmləşdirməliyik. Onu nəzərə almalıyıq ki, biz Avropada təcrübəsi olan çox güclü komanda ilə düşmüşük. “Neftçi”nin heyətində yetərincə səviyyəli futbolçular var. Buna baxmayaraq, biz komanda şəklində mərhələ keçməyə diqqətimizi yönəltmişik. Çox yaxşı bilirik ki, "Neftçi" ilə oyunda buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq. Buna görə də ehtiyatlı olmalıyıq".

Baş məşqçi fikirlərini belə tamamlayıb: "Mən komandanı tam hazırlamaq üçün hər şey edəcəm. Əlbəttə, nəticə qazanmaq üçün hücum etməliyik. Ancaq müdafiədə də ehtiyatlı olmalıyıq. Hələ ki heyətlə bağlı bir şey deyə bilmərəm. Çünki 1, yoxsa 2 hücumçu ilə oynayacağıma hələ qərar verməmişəm. Biz Morina ilə Peyiçin hansı vəziyyətdə olmalarına bu günlərdə baxıb, sonra qərar qəbul edəcəyik".


oxunma sayı: 404 | Paylaş:





?>