')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın göndərdiyi futbolçular Türkiyə klublarıyla müqavilə imzaladılar

"Sumqayıt"ın göndərdiyi futbolçular Türkiyə klublarıyla müqavilə imzaladılar


oxunma sayı: 243 Paylaş:

FutbolPressBu yay “Sumqayıt”dan ayrılan Taner Taktak və Can Akgün karyeralarını Türkiyədə davam etdirəcək.

Taner PTT 1-ci liqaya vəsiqə qazanmış “Fethiyespor”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, ötən mövsüm “Sumqayıt”da 20 oyuna çıxaraq 1314 dəqiqə oynayıb və 1 qol vurub.

Can Akgün isə “Bayrampaşaspor”la anlaşıb. 2-ci liqa klubu artıq onunla 2 illik müqavilə bağlayıb. Almaniyada “Türkiyəmspor” və “Berliner AK”ın formasını geyinən Can ötən mövsüm “Sumqayıt”ın heyətində 13 oyuna çıxaraq 750 dəqiqə oynayıb və 1 qol vurub.


oxunma sayı: 243 | Paylaş:





?>