')

Bu gün:


FutbolPress.Az | Banlayanlar üzə çıxır... (İŞARƏ)

Banlayanlar üzə çıxır... (İŞARƏ)


oxunma sayı: 1129 Paylaş:

FutbolPressAlmaniyada təlim-məşq toplanışında regional liqa iştirakçısıyla yoxlama oyunu keçirib yekəhesablı qələbəni hap-hop təbliğ eləyən “Xəzər Lənkəran” həmişə elə sanıb ki, uğurlu PR (Public relation) işi görür.

Toşak gələndən sonra “klubun büdcəsi 50 milyona qaldırılacaq”, “Mənsimov 3 ulduz futbolçu söz verdi” və s. belə ciddilik tələb eləməyən açıqlamalar püskürdülər və dezo məlumatlar bir-birini əvəzlədi. Peşəkarlıqdan vurub, onu-bunu qeyri-peşəkarlıqda suçlamaqdan çıxan XL-in əvəzedilməz “sosioloqları” heç vaxt hesablamadılar ki, azarkeşin başını qatmaq üçün pafoslu xəbərlər, açıqlamalar fısıldayanda bir az da iş görmək lazımdı.

“Xəzər Lənkəran” pafoslu media-məlumatların güdazına gedir. Əslində ortada ciddi iş görülmür.

“Slima” səfərinə gec getməmişdi ki, deyək komanda yorğunluq və ya adaptasiya problemi yaşadı. Ümumiyyətlə, o rəqibin nə gücü var idi ki, nə də problem yaratsın. Komandanın oyununa baxanların əksəri nəticədən çox XL-in oyununu tənqid edir.

9 ildi səhmansız, qeyri-peşəkar avrokubok iştiraklarına builki də əlavə olunacaq, bu, şübhəsizdi.

                                                                  ***       ***      ***

“FutbolPress”in XL-in “Slima” səfərində pis oyun və xoşagəlməyən hesaba görə isti havanı, süni meydançanı, futbolçuları günahlandırmaqla azarkeşləri aldatmaq, əsas fikri, hədəfi yayındırmaq məqsədi daşıyan açıqlamalara qarşı hazırladığı – “Artıq anlamaq lazım, banlamaq yox” sərlövhəli yazısı xeyli təşəkkür zəngi və məktubu alıb. Ancaq narahat olanlar da var. Arqumentləri yenə təhqir, həqarət və məntiqsizlik.

Məsələn, yazıda (Link: http://futbolpress.az/v2/news-details/29550/ )  bildirilir ki, klub tərəfdarları, uğursuz çıxışlara qarşı çıxan, qəbul etməyənlər etiraz və təzyiq hədəfini doğru seçməlidi – çürük yer komanda, futbolçular, məşqçi yox, bu mənasız situasiyaya səbəb olan idarəçilikdədi. İnsanların fikrini dolaşdırmaq məqsədiylə yayındırıcı məlumatlar yaymaq heç kəsə yox, XL-a ziyandı və s.

Yenə özünü XL azarkeşi kimi sırıyanlar – Tuyqun Nadirov pul ayırsa işləyən, ayırmasa azarkeş saytı funksiyasından başqa bütün aşağılayıcı cəhdlərə gedən, hər çətinlik vaxtı bağlanmaq elanı verib, nəticədə yenə ortaya çıxan hansısa sadəlövhün verdiyi pula dolanan məxluq(lar)un dayanmadan tərəfimizə təhqirlər yapmasının bir məqsədi var: doğruları göstərən FP-ni Cənub azarkeşinin gözündən salmaq.

Heç bir abır-həya normasına sığmayan davranışları səngimək bilmədikcə belələrinə “dolanışıq pulu” verən “Xəzər Lənkəran” rəhbərliyinin bir zamanlar stadionları söyüş, təhqir, futbola yaraşmayan münaqişə poliqonuna çevirən bəzi “Neftçi” azarkeşlərinə maliyyə ayıran klub rəhbərlərindən nə fərqi var onda?

                                                                 ***      ***      ***

Artıq bir neçə ay əvvələ qədər “FutbolPress”ə qarşı “səlib hay-küyünə” başlayanların səngidiyini, üz döndərən azarkeşlərinsə həqiqətlərin necə üzə çıxdığını görüb FP-yə inamının geri qayıtdığını görürdük. Dünənki yazımızdan sonra yenə özünü azarkeş qrupu adlandırıb əslində klubla reklam-pul davası döyməkdən başqa heç nə eləmədiyini aşkar bildiyimiz “təkərbeyin” məxluqlar təhqir guruldamağa başlayıblar.

Çobanın çomağına sürtünməklə qığılcım saçanların necə yazıq bəndə olduğunu nəhayət bildirməliyəm. Bu məxluqlara önəm vermədikcə özləri və “sifariş” aldıqları kəslər elə bilirlər ən yekə baldır elə bunlardadı...

Gedin, tulapayınızı nuş eləyin, dincəlin, yaşayın, “balanıza çörək pulu” aparın; ictimaiyyətdə çaşqınlıq yaratmaq, doğruları göstərə-göstərə gələn FP-yə qarşı aqressiya yaratmaq üçün gücənməyin, pis-pis səslər çıxır olduğunuz yerdən...

“Xəzər Lənkəran”ın uğurlarını, inkişafını, doğru yola keçməsini, faydalı islahatlar aparmasını istəyən və bununçün çatışmazlıqları yazan FP budur. Siz isə Tuyqun Nadirovun əl-oyuncağı, Cənub azarkeşinəysə ləkəsiz.

O yazıdan sonra banlaya-banlaya bizim banladığımızı iddia edənin heç olmasa vicdanı qarşısında fahişə qalmadığını tək özü bilsə, bəsidi. Bilsə...

Elçin CƏLİLOV


oxunma sayı: 1129 | Paylaş:




?>