')

Bu gün:


FutbolPress.Az | "Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq"

"Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq"


oxunma sayı: 181 Paylaş:

FutbolPressFinlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski ölkə çempionatının son turunda “MüPa” klubuna məğlubiyyət haqda danışıb.

Avropa Liqasının I təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan komandanın çalışdırıcısı 3:1 hesablı yenilgi ilə bağlı bunları söyləyib:

“Bu məğlubiyyət bizim üçün çox ağır oldu. Çünki ardıcıl ikinci məğlubiyyətimizi yaşayırıq. Amma futbolçulara böyük iradım olduğunu deməzdim.

Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq. Lakin əlimizdən gələni edəcəyik ki, “İnter”lə oyuna qədər mənəvi cəhətdən hazır olaq”.


oxunma sayı: 181 | Paylaş:




?>