')

Bu gün:


FutbolPress.Az | YENƏ FAKT!

YENƏ FAKT!


oxunma sayı: 1216 Paylaş:

Bu dəfə baş mühasib yaxalandı!

MR Yusif bey - Çekdə bu cür qeyd olunan ad AFFA-nın baş mühasibi Yusif Həmidovdu. Bu sənəddən iki dənədi.

Bizə məlum oldu ki, "Ambassador" oteldə müştəriyə təqdim olunan blankda "iş yeri" bəndi var və bu bəndi doldurmaq mütləq deyil. Amma bundan əvvəl təqdim etdiyimiz sənədlərdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin də bütün blankları doldurduğu, "iş yeri" bəndini də boş qoymadığı görünür. Əgər bu bəndi doldurmaq mütləq deyilsə, onda AFFA-dan olan müştərilər bunu niyə etsinlər? Niyə şübhə izi qoysunlar?

Company name: AFFA

Maraqlıdı, əgər eyş-işrətə gedirsənsə, onda niyə iş yerinin adını mütləq qeyd edirsən? AFFA əvəzinə, qondarma bir ad da yazmaq olardı orda, elə deyilmi? Musayevin müdafiəsinə qalxanlar reallığı ört-basdır etmək üçün bu sualdan başqa arqument tapa bilməyiblər.

Amma əslində məsələnin mahiyyəti belədi: AFFA və otel arasında o vaxtlar anlaşma olub. Bu barədə az sonra. Assosiasiyanın sözçüsü Mikayıl Nərimanoğlu da AFFA-dan həmin otelə ödəniş etmədiyini rahatca deyib, diqqəti faktın ciddiyətindən başqa istiqamətə yönəltmək istəyir. Bəli, ödəniş olmayıb, ancaq 2009-un ortalarından bu yana. Çünki ondan sonra assoiasiya başqa otellə əməkdaşlığa başlayıb.

"Ambassador"la əməkdaşlığa görə isə otel assosiasiyaya güzəşt nəzərdə tutubmuş. Vacib qeyd: həmin əməkdaşlıqda ödənişlər köçürmə yolu ilə yox, assosiasiyanın mühasibatlığından birbaşa - nəğd yolla olub. Ona görə də AFFA rəsmisi açıqlamasında faktı təkzib etməkdə arxayındı. Çeklərdə nəğd ödəmənin göstərilməsi buna görə hər kəsi çaşdırıb. Biz bu məlumatı etibarlı mənbədən əldə etmişik.

Əməkdaşlıq çərçivəsində 1 nəfər üçün nömrənin biri 140 manatdısa, 100 manat olub. Ödənişlər isə bir neçə aydan bir edilib. Ona görə də bundan əvvəl  təqdim etdiyimiz sənədlərin üstündə olan çeklərin üzərindəki möhürlərin tarixi eynidi. Çünki ümumi ödəniş olan gün çeklərə ödənişi təsdiq edən möhür vurulub.

Məsələnin izahından sonra belə başa düşürük ki, Musayev özünü də qonaqların hesabına saldırıb. Təbii ki, ödənişlərə  birbaşa assosiasiya prezidentinin qərar verdiyi məlumdu. Məsələn, bir kvartalda neçə qonaq həmin otelə göndərilibsə, AFFA onların ödənişini bir gündə edib. Ödəniş olanda prezident Rövnəq Abdullayevin həmin çekləri bir-bir yoxladığı ehtimal olunmur. O, baş mühasibin təqdimatına etimad göstərərək, yalnız məbləğin ödənməsi haqda qərar verib, vəssalam. Həmin baş mühasib ki indi onun da oteldə olduğu haqda iki sənəd ortaya çıxıb.

Yusif Həmidovun Musayevin hələ "Neftçi"də çalışarkən onunla birlikdə işlədiyini də qeyd edək. Deməli, Musayevin oteldəki eyş-işrət xərclərini assosiasiya hesabına yönəldilməsi elə də problem olmazdı. Onlar yaxşı anlaşa bilərdilər... Biz arqumentləri açıqladıq. AFFA isə hələ də araşdırma aparmaq niyyətində deyil. Mühasibatlıqda daxili auditin aparılması qeyd olunan problemləri üzə çıxaracaq - əgər olsa...



oxunma sayı: 1216 | Paylaş:




?>