')

Bu gün:


FutbolPress.Az | "Neftçi"dən rəsmi açıqlama: Hədəfdə 3 yeni əcnəbi futbolçu var

"Neftçi"dən rəsmi açıqlama: Hədəfdə 3 yeni əcnəbi futbolçu var


oxunma sayı: 812 Paylaş:

FutbolPress"Bir həftədən sonra yekun qərar verəcəyik"

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək və təxminən 1 saat sonra İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində rəqibi müəyyənləşəcək “Neftçi”nin düşərgəsinə iki yeni futbolçu gəlib.

Bu barədə "FutbolPress"ə hazırda Avstriyada olan “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məlumat verdi. Klub rəsmisi saytımıza açıqlamasında bunları dilə gətirdi:

"Kamerunlu Ernest Nfor və Fildişi Sahilindən olan Yussuf Traore komandanın düşərgəsinə qoşulub. Traore gənc futbolçudu, onu baxışa dəvət etmişik. Bir həftədən sonra yekun qərar verəcəyik. Ernestlə isə danışıqlar gedir. Bundan əlavə, hollandiyalı hücumçu Melvin Platjenin də keçidini həll etməyə çalışırıq".

27 yaşlı Ernest Nfor karyerasına Kamerunun "Sable" klubunda başlayıb. 2005-ci ildə Belçikaya gələn futbolçu 2005/06 mövsümündə "Gent"də çıxış edib (2 oyun). Afrikalı oyunçu 2006/07 mövsümündə "Deinze"yə (5 oyun, 1 qol), 2007/08-də "Kortriyk"ə (35 oyun, 14 qol) icarəyə verilib.

2008-ci ildə "Gent"də 7 oyun keçirib 1 qol vuran Nfor 2009-2011-ci illərdə "Sulte Varegem"də çıxış edib (75 oyun, 11 qol). Onun son iş yeri "Kortriyk" olub. Ernest 2011-ci ildən çıxış elədiyi klubda 66 oyun keçirərək 13 qola imza atıb. 

22 yaşlı Yussuf Traore isə hücum və yarımmüdafiə xəttlərində çıxış edə bilir. O, 2008-ci ildə İsveçrənin "Yanq Boyz" klubunun əvəzedici, 2009-dan əsas heyətində çıxış etməyə başlayıb. Traore 2010-cu ildə İsveçrənin "Luzanna" klubuna icarəyə verilib. 


oxunma sayı: 812 | Paylaş:




?>