')

Bu gün:


FutbolPress.Az | Bakı "İnter"i ispaniyalı futbolçuyla müqavilə imzaladı

Bakı "İnter"i ispaniyalı futbolçuyla müqavilə imzaladı


oxunma sayı: 353 Paylaş:

FutbolPress"Düşərgədə baxışda olan digər futbolçularla bağlı hələ qərar verilməyib"

Avstriyada təlim-məşq toplanışında olan “İnter” bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Bu, son iş yeri Gürcüstanın “Dinamo” (Tiflis) klubu olan ispaniyalı Mikel Alvaro Salazardı.

"İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov  "FutbolPress"ə açıqlamasında bunları dedi: "Alvaro ilə 2 illik müqavilə imzaladıq. Düşərgədə baxışda olan digər futbolçularla bağlı hələ qərar verilməyib. Yaxın günlərdə bu barədə məlumat veriləcək".

31 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına 2001-ci ildə “Aurrera” klubunda başlayıb. 2002-ci ildən 2006-cı ilə qədər isə o, “Amurrio” klubunda oynayıb və 71 görüşdə 5 qol vurub.

2006-2007 mövsümündə “Barakaldo”da çıxış edən Alvaro 30 görüşdə 2 qolla yadda qalıb. 2007-2008 mövsümündə o, “Denia”da çıxış edib – 35 oyun, 1 qol. 2008-2009 mövsümündə isə Mikelin xidmətindən “Lleida” yararlanıb – 36 oyunda 13 qol.

2009-cu ildə “Numansiya”ya keçən oyunçu burda iki mövsüm ərzində 50 görüşə 4 qol vura bilib. 2011-ci ildən oynadığı Gürcüstan “Dinamo”sounda isə 59 qarşılaşmada 21 qol vurub.


oxunma sayı: 353 | Paylaş:




?>