"Neftçi"dən daha bir transfer: "Sadəcə, müqaviləyə imza atması qalıb"
Paylaş:
"O, sabah günorta saatlarında klubun düşərgəsində olacaq"
Julius Vobayla iki illik yeni müqavilə imzalayan “Neftçi” icarə müddəti bitən daha bir futbolçunun məsələsini yoluna qoyub. Mövsümün sonunda "ağ-qaralar"dan ayrılıb vətəninə yollanan və klubla müqavilə şərtlərində anlaşa bilməyən Erik Ramos geri dönür.
Uzun danışıqlardan sonra "Neftçi" ilə razılığa gələn paraqvaylı futbolçu sabah klubun düşərgəsində olacaq. Bu barədə "FutbolPress"ə paytaxt təmsilçisinin vitse-prezidenti Tahir Süleymanov məlumat verdi:
"O, sabah günorta saatlarında klubun düşərgəsində olacaq. Danışıqlarımız uğurla nəticələnib. Ramosu yenidən bir illik icarəyə götürəcəyik. Demək olar ki, məsələnin 90 faizi həll olunub. Sadəcə, müqaviləyə imza atması qalıb".
Ötən yay Paraqvayın "Rubio" klubundan icarəyə götürülən Ramos "Neftçi"də 31 oyun keçirib və 1 qol vurub.
| Paylaş: