')

Bu gün:


FutbolPress.Az | Ruslan Abışovun Avstriyadakı son məşqi

Ruslan Abışovun Avstriyadakı son məşqi


oxunma sayı: 222 Paylaş:

FutbolPressAzərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubu Avstriya toplanışını başa vurub.

Onun komandası ötən gün Rumıniyanın “Steaua” klubu ilə yoxlama matçı keçirib – 0:0.

Bu gün isə Kazan təmsilçisi həlledici məşqə çıxaraq, toplanışın ilkin mərhələsini yekunlaşdırıb.

“Rubin” Avstriyada 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Ruslanın komandası “Zlate-Moravtse”yə (0:1) uduzub, Miyava “Spartak”ını (3:1) məğlub edib və “Styaua” ilə bərabərə qalıb. Abışov bu görüşlərdən yalnız sonuncusunda meydanda çıxıb.


oxunma sayı: 222 | Paylaş:




?>