')

Bu gün:


FutbolPress.Az | "ARSENAL" "LİDS"Ə ŞANS VERMƏDİ

"ARSENAL" "LİDS"Ə ŞANS VERMƏDİ


oxunma sayı: 155 Paylaş:

İngiltərə Federasiya Kubokunda 3-cü mərhələnin oyunlarına yekun vurulub. "Arsenal" səfərdə "Lids"in qonağı olub. İlk görüşdə heç-heçəylə razılaşan "topçular" cavab qarşılaşmasında rəqibə şans verməyib. Vengerin yetirmələri Nəsri, Sanya və Van Persinin qollarıyla "Lids"i məğlub edib.

Əslində bu mərhələnin əksər cütlükləri qalibi bir oyunla müəyyənləşdirir. Lakin qaydalara əsasən ilk 90 dəqiqə ərzində qalib müəyyənləşmədikdə, rəqib meydanında da cavab görüşü keçirilməlidi. Ötən həftə baş tutan çoxsaylı oyun içində yalnız 4 qarşılaşma heç-heçə başa çatdığından, cavab görüşünə ehtiyac var idi. Artıq bu görüşlərin hamısı keçirilib və xoşbəxtlər məlumdu. Bunlar doğma meydanda qələbə qazanan "Mançester Siti" və "Vulverhempton"la yanaşı, səfərdə sevinən "Stok Siti" və "Arsenal" oldu.


İngiltərə FA Kuboku (3-cü mərhələ)

19 yanvar

"Lids" - "Arsenal" - 1:3 (ilk oyun 1:1)
Qollar: Conson, 37 - Nəsri, 5, Sanya, 35, Van Persi, 76


oxunma sayı: 155 | Paylaş:




?>