"KATANYA"DA ARGENTİNALI BAŞ MƏŞQÇİ
Paylaş:
İtaliya A seriyasında uğursuz günlərini yaşayan "Katanya"ya yeni baş məşqçi təyin olunub. Klubun rəsmi saytının verdiyi xəbərə görə, bu, Argentina yığma komandasının sabiq futbolçusu Diyeqo Simeonedi. Bu postda Marko Campaolonu əvəzləyən Simeonenin müqaviləsi 2012-ci il iyunun 30-da başa çatacaq. "Rasinq", "Estudiantes" və "River Pleyt" klublarında çalışmış 40 yaşlı mütəxəssisin təqdimatı bu gün keçiriləcək.
| Paylaş: