')

Bu gün:


FutbolPress.Az | BABƏK QULİYEVDƏN RAMİN MUSAYEV HAQDA ŞOK İDDİA! (MÜSAHİBƏ)

BABƏK QULİYEVDƏN RAMİN MUSAYEV HAQDA ŞOK İDDİA! (MÜSAHİBƏ)


oxunma sayı: 1095 Paylaş:

"O, Ulu öndər Heydər Əliyevin şəxsi nəzarəti altında olan bir işdə cinayət törədib..."

PFL prezidenti Ramin Musayev haqda "FutbolPress"in yaydığı faktlar müxtəlif cür müzakirə olunur. Ancaq qarşı tərəf məsələyə münasibət bildirməyi nədənsə, hələ də lazım bilmir. Bu arada, hakimlikdən məlum olmayan səbəblərə görə qovulan FİFA dərəcəli hakim Babək Quliyev redaksiyamıza müraciət edərək Musayev haqda açıqlama vermək istədiyini bildirdi. Gəldi və danışdı: "Ramin Musayev ailəm adına təhqir dolu sözlər deyib. Mən onun Azərbaycan futbolunda etdiyi özbaşınalıqlara şahidəm, o futbolda kimlərin evini yıxıb, çörəyinə bais olub, görmüşəm. İndi də insanların ailəsini təhqir edir? Bəs deyilmi?! Məni heç bir sübut-dəlil olmadan hakimlikdə qeyri-müəyyən müddətə kənarlaşdırılmağıma səbə oldu, Azərbaycanın müstəqilliyi dövründə ən böyük uğuru qazanmış bir hakimi sübutu olmayan bir şeyə görə işindən uzaq saldı, daha nə istəyir?".

- Ailənizi niyə təhqir edib?
- "Futbol saatı" verilişində bu barədə qısa qeyd eləmişdim. Həmin məsələdi. İclasda hakimlərin içində deyib ki, Babək ailəsinə sahib çıxsın, sonra məndən danışsın bə başqa nələrsə.

- Niyə belə deyib?
- Onun kobud, ağzına gələni danışan, qadın-kişi bilmədən yanındakına söyüş söyən olduğunu bilmirsiz. Mənim verilişdə hakimliklə bağlı nöqsanları sərt və qəti dediyimə görə əsəbləşib, guya hirsini mənim üstümə tökür.

- Hardan bilirsiz bunu?
- İclasda buna şahid olan şəxslərdən biri deyib mənə, dəqiqdi. Ramin Musayev şəxsiyyət olsaydı, başqasının ailəsi haqda yaşına yaraşmayan şey danışmazdı, təhqir, böhtana əl atmazdı. O, aciz qalıb. Tənqidlərimi dayandırmıram. Məni heç kim susdura bilmir. Bütün yollara əl atdı, indi də şəxsi həyatıma müdaxilə edir. Mən burdan səslənirəm, sözün varsa, üzümə de. Sən o şəxs olmusan ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəllə əlbir olub məni hakimlikdən uzaqlaşdırmaq üçün plan qurmusuz. "Bakı"yla oyundan qabaq hər şey elədiz ki, "Qarabağ"a kömək edim, ancaq çıxıb təmiz hakimlik elədim. "Qarabağ" məğlub olduğu üçün bu sizə sərf eləmirdi, birləşib mənə "torba tikdiz".

- Niyə belə eləsinlər ki? Hardan əminsiz buna?
- Əzizim, mən illərdi bu futbolun içindəyəm. Onların niyə belə elədiyini bilməsəm, danışmaram. Ramin Musayevin o kluba yaxın olduğunu, əlbir nəsə işlərinin olduğuna görə, onlara hakimlikdə kömək edirdi. Həmin oyunda onların istəyi alınmamışdı, çünki mən vicdansızlıq edə bilməzdim. Ona görə də o, Əmrah Çəlikələ məsələhət eləyib ki, sən oyundan sonra Babəkə zəng vur. Biz bu zəngi bəhanə edib, onu hakimlikdən qovarıq. Oyundan 2 saat sonra mənə tanımadığım nömrədən zəng gəlir, təbii ki, götürməliyəm də, görüm kimdi. Onsuz oyun bitib artıq, qadağa da qüvvəsini itirib. Götürürəm, görürəm ki, Əmrah Çəlikəl. Sonra onlar bu zəngi bəhanə gətirərək məni qovdular. Guya mən klub rəsmisiylə danışığa getmişəm. İndi siz məni başa salın, oyun bitib, uduzan klubun rəsmisiylə nə danışığa gedə bilərəm? Lap deyək ki, eləmişəm bunu, bəs hanı fakt? Fakt bilirsiz nədi? Bax, siz saytda vermisiz, onun nə hoqqalardan çıxdığını aşkarlamısız, fakt budu. Niyə bir ölçü götürmürlər?

- Sizcə, ədalətli araşdırma olacaqmı bu haqda?
- İnanıram. Bu, artıq faktdı. Araşdırma aparılmamağı mümkün deyil. AFFA prezidenti Rövnəq Abdullayev futbolun inkişafını istəyir. Sadəcə, o, futbolla çox maraqlana bilmir. Xəbəri də yoxdu ki, bunlar nə hoqqalardan çıxırlar. Mən Ramin Musayev haqda bu faktdan da ağır şeylər eşitmişəm. Özü də onunla bir yerdə işləyən adamdan. Onun karyerasında çox böyük bir ləkə var. Belə bir insanın PFL prezidenti olması necə mümkün olub?! O, Ulu öndər Heydər Əliyevin şəxsi nəzarəti altında olan bir işdə cinayət törədib, təcridxanaya göndərilib. Polis mayoru rütbəsindən azad edilib.

- Bu, çox ciddi iddiadı. Əsasınız varmı?
- Bəli, var. Bunun şahidi olan şəxs deyib mənə və Musayevin özü bunu əla bilir.

- İstənilən halda, bu tam dəlil deyil. Deməli, buyaxınlarda mətbuatda verdiyiniz buna oxşar açıqlamada Musayevi nəzərdə tutmuşduz?
- Bəli, onu nəzərdə tutmuşdum (gülür). Ona görə həmin vaxt adını demədim ki, qoy bilsin, ağzının danışığını bilməyən adama belə cavab verərlər. O, kiminsə ailəsi haqda şər-böhtan danışır. Ancaq öz əməllərindən xəbəri yoxdu. Gördüm ki, xeyri olmadı, sizdə gedən biabırçı faktlardan sonra müsahibəsində - "məni tanıyanlar tanıyır" deyib, artıq dözmədim.

- Məncə, bu iddianızı istintaq araşdırmalıdı, təsdiqləməlidi. Yoxsa bu da sadəcə, ittihamdı.
- İndiyə qədər verdiyim hansısa açıqlamada, dediyim faktlarda heç vaxt boşboğazlıq eləməmişəm, bunu bir jurnalist kimi siz də bilirsiz, məncə. Ona görə, bu dediklərim real olmasaydı, açıqlamazdım. Düz deyirsiz, bunu isbat etmək istintaqın işidi. Mən burdan AFFA prezidenti Rövnəq Abdullayevə səslənirəm, qoy bu məsələnin araşdırılmasını tapşırsın. Bu, çox ciddi məsələdi. Daxili işlər orqanlarının şərəfinə yaraşmaz bu. Rütbədən qovulan şəxs indi yenə dövlət əhəmiyyətli bir orqana rəhbərlik edir. Bu necə ola bilər? Bir də qeyd edirəm. Ulu öndərin şəxsi nəzarətində olan bir işdə, tapşırığı yerinə yetirmək əvəzinə, dövlət qulluğunda cinayət törətmək hansı çərçivəyə sığır?

- Bu iddianızın məsuliyyətini bilirsiz, anlayırsız yəqin...
- Bəli. Bir daha qeyd edirəm, mərhum prezidentimiz Heydər Əliyevin qərarıyla təcridxanaya göndərilib, rütbəsi birdəfəlik ləğv olunub. Araşdırılsın, bilsinlər ki, bu qərar necə olub. Mən dövlət başısının qərarı haqda əsassız fikir yürütmərəm. Bilirəm ki, sizə deyirəm bunu. Əslində, bilənlər bilir. Ancaq bunu ictimaiyyətə açıqlamaq lazım idi. Bunu da mən dedim. Qoy, Rövnəq müəllim bilsin ki, onun ümid etdiyi, işinə güvəndiyi və qurumun vacib işlərini həvalə etdiyi bir şəxsin karyerası nə boyda bir ləkə daşıyır. Elə sizin saytda verilən biabırçı faktlar da həmçinin. Daha bundan ciddi fakta ehtiyac var? (gülür). Adam AFFA-nın büdəcəsindən şəxsi məqsədləriylə xərcləyir. Polis mayoru rütbəsindən qovulur. İndi də PFL-ə başçılıq edir. Mən bir vətəndaş kimi, bu məsələlərin araşdırılmasına səsləyirəm AFFA-nı.

Elçin CƏLİLOV


oxunma sayı: 1095 | Paylaş:




?>