')

Bu gün:


FutbolPress.Az | FLAŞ! "Fənərbağça"yla "Qalatasaray" arasındakı Superkubok matçı Bakıda

FLAŞ! "Fənərbağça"yla "Qalatasaray" arasındakı Superkubok matçı Bakıda


oxunma sayı: 635 Paylaş:

FutbolPress"Stadionumuz bu oyunu keçirməyə hazırdı, heç bir problem görmürəm"

Türkiyə Superliqasının qalibi "Qalatasaray"la ölkə kubokunun sahibi "Fənərbağça" arasında keçirilməsi nəzərdə tutulan Superkubok matçı Bakıda oynanıla bilər. Bu barədə “Fanatik” qəzeti xəbər yayıb.

Məlumatda bildirilir ki, avqustun 11-də oynanılması nəzərdə tutulan matçla əlaqədar TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Əgər razılıq olarsa, sözügedən qarşılaşma Bakıda təşkil olunacaq.

Bu möhtəşəm oyunun keçirilməsi üçün ən uyğun variant olan Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovla əlaqə saxlayıb, məsələyə münasibətini öyrəndik. O, "FutbolPress"ə açıqlamasında bunları dilə gətirdi:

"Belə bir təklif olsa, dəyərləndirə bilərik. Yalnız bizim istəyimizlə həll olunacaq məsələ deyil. Müvafiq qurumlar qərar qəbul etsələr, stadionumuz bu oyunu keçirməyə hazırdı, heç bir problem görmürəm".


oxunma sayı: 635 | Paylaş:




?>