"Bakı"nın Litva millisinin hücumçusunu transfer etməsi xəbərinə rəsmi reaksiya
Paylaş:
"Əgər onun başqa komandaya keçmə məsələsi gündəmdədisə..."
“Bakı”nın növbəti transferini reallaşdırdığı xəbəri yayılıb. Məlumata görə, paytaxt klubu “Rəvan"ın hücumçusu Mindauqas Kalonasla anlaşıb. Litvalı legionerlə 1+1 şərti ilə müqavilə bağlandığı bildirilir.
Bununla bağlı "Rəvan"ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovla əlaqə saxladıq. Klub rəsmisi "FutbolPress"ə açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
"Futbolçu bu dəqiqə Litvadadı, istirahətə yollanıb. Kalonasın "Rəvan"la müqaviləsi qışda bitəcək. Əgər onun başqa komandaya keçmə məsələsi gündəmdədisə, əvvəlcə bizim xəbərimiz olmalıdı.
Mən rəhbərliklə də danışdım, belə bir söhbət yoxdu. Ola bilər ki, prinsipial razılıq əldə olunub. Ancaq "Bakı" istənilən halda müqavilə ilə "Rəvan"a məxsus olan futbolçu üçün bizə müraciət etməlidi".
| Paylaş: