')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin məşqçisi beynəlxalq konfransda

"Neftçi"nin məşqçisi beynəlxalq konfransda


oxunma sayı: 171 Paylaş:

FutbolPress“Neftçi”nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov İngiltərədə keçiriləcək “Qapıçıların Beynəlxalq Konfransı”nda iştirak edəcək. Kovalyov səfər öncəsi fikirlərini klubun rəsmi saytına danışıb:

“İlk olaraq bu səfəri təşkil etdiyinə görə klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Gənc məşqçi kimi belə tədbirin məqçilik karyeram üçün böyük təkan olacağını düşünürəm.

İştirak edəcəyim beynəlxalq konfrans may ayının 24-də başlanacaq və 3 gün davam edəcək. Tədbirə İngiltərə, İspaniya, Hollandiya, Almaniya və digər ölkələrin futbol klublarında çalışan qapıçılar üzrə məşqçilər qatılacaq.

Konfransın əsas mövzusu müxtəlif ölkələrin məşqçilik məktəblərinin fəlsəfəsi və onların hazırkı fəaliyyəti olacaq. Konfransın yekununda məşqçilərə xüsusi sertifikatlar təqdim ediləcək”.


oxunma sayı: 171 | Paylaş:




?>